"Hilton" otellər şəbəkəsinin varisi, müğənni Paris Hiltonun bacısı Niki Hilton ailəsini və dostlarını başına toplayaraq, yeni doğulacaq körpəsi üçün parti hazırlayıb.
Sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, partidən çəkilən fotoları Nikinin bacısı Paris Hilton şəxsi İnstaqram səhifəsindən paylaşaraq bunları yazıb:
"Xala olacağım üçün çox xoşbəxtəm. Bacım, sözün əsl mənasında, həyatımda gördüyüm ən gözəl dəbdəbəli hamilə qadındır".
Qeyd edək ki, Niki Hilton biznesmen Ceyms Rotşildlə 4 illik münasibətdən sonra 2015-ci ilin iyulunda evlənib.