Zakir Fərəcovun Sumqayıta icra başçısı təyin olunduğu ilk gün yanğın hadisəsi - Rəsmi açıqlama

Sumqayıt şəhərində otluq sahədə növbəti dəfə yanğın baş verib.
Sabahinfo.az xəbər verir ki, Sumqayıt şəhərində dənizkarı parka yaxın otluq sahədə növbəti dəfə naməlum səbəbdən yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.
Onu da bildirək ki, həmin ərazidə artıq bir neçə dəfə yanğın qeydə alınıb.
---21:38---
Baş vermiş yanğın Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.
Mövzu ilə bağlı Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə Xidməti ilə əlaqə saxladıq.
Qurumdan LiderXeber.az-a bildirildi ki, yanğın naməlum səbəbdən baş verib və əməkdaşlar tərəfindən artıq söndürülüb.