Milli Məclisin yaz sessiyası başa çatdı

Milli Məclisin 2024-cü il yaz sessiyası başa çatıb.

Sabahinfo.az xəbər verir ki, sessiyaya bu gün keçirilən plenar iclasda yekun vurulub.

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçən iclasda Dövlət Himninin səsləndirilməsi ilə sessiya bağlı elan edilib.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Lakin yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar xüsusi sessiyası çağırılıb.