Azərbaycanda kənd təsərrüfatında istifadə edilən su ölçüləcək - FOTO

"İstifadə etdiyimiz su ehtiyatlarının 70%-i kənd təsərrüfatının payına düşür".

"Sabahinfo" xəbər verir ki,  Oxu.Az xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu çərçivəndə keçirilən "İqlim, iqtisadi və təhlükəsizlik problemləri kontekstində ərzaq təhlükəsizliyi: regional perspektivlərin fərqləri və oxşarlıqları" adlı panel müzakirədə deyib.

Azərbaycanda kənd təsərrüfatında istifadə edilən su ölçüləcək - FOTO

O bildirib ki, ölkəmizdə suyun 30%-i isə məişət və sənaye sahələrində istifadə olunur:

"Amma maraqlıdır ki, həmin 30% üzrə hər yerdə sayğaclar var, lakin bu 70% üzrə demək olar ki, heç bir ölçmə aparılmır. Bu səbəbdən kənd təsərrüfatında suyun ölçülməsi qarşıdakı bir neçə il üçün əsas hədəflərdən biri olacaq. Suyun nə qədər istifadə olunduğunu anlaya bilək və onu fermerlərə necə yönləndirəcəyimizi müəyyənləşdirək".