15 may 2016- cı ilə kitabevim.az kitab evində şair Vüsalə Asif( Süleyman) in " Ömür də bir nağıl imiş" kitabının təqdimatı keçirilib.
Sabahinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin üzvi Fərqanə Mehdiyeva açaraq tədbirə gələnləri salamladı Sonra çıxış edən Aləmzər Sadıqqızı, Əkbər Qoşalı, Rəhim Mehnət, Ramil Mərzili, Zamiq Mehdisoy Vüsalənin yaradıcılığından danışdılar və müəllifə uğurlar arzuladılar. Sonda oxucular müəllifə kitabları imzalatdılar.







