Tovuzda 17 yaşlı oğlan başından güllələndi

Tovuzda qətl törədilib. Hadisə ötən gün rayonun Qala burnu kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Əmiraslanov Məqsəd İlqar oğlu baş nahiyəsindən ov tüfəngi ilə güllələnib. Məlumata görə, qətli törədən şəxs məlumdur və onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb. apa