Günəş sisteminin ən kiçik planeti Tacikistanın adını daşıyacaq.Adalet.azRusiya mətbuatına istinadən xəbər verir ki, planeti tacik astrofizikləri belə adlandırıblar. Həmin planetini kəşf edən tacik alimləri bildirirlər ki, ən kiçik planet Mars və Yupiter arasında yerləşir və 5 ildənbir Günəş ətrafında fırlanır. Yer Kürəsindən 250 milyon, Günəşdən isə 463 milyon kilometr uzaqda yerləşir.
Tacikistan Milli Elmlər Akademiyasının prezidenti Farhod Rəhiminin sözlərinə görə, hazırda planetlə bağlı araşdırmalar aparılır. Onun fiziki-kimyəvi tərkibi, planetdə baş verən proseslər öyrənilir.
Şəfiqə ŞƏFA