""Yeni
Həyat" Humanitar
və Sosial Dayaq İctimai Birliyi 01.05.2019-cu il tarixindən etibarən Azərbaycan
Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Qadın və qızların gender əsaslı zorakılığa
məruz qalmaması üçün preventiv tədbirlərin
görülməsi məqsədilə maarifləndirmənin təşkili" adlı layihəyə start verib. Layihə qadın və qızlara
(onların uşaqlarına) qarşı zorakılıq baş vermədən öncə prLayihə
rəhbəri Nailə
İsmayılovanın verdiyi məlumata görə, laeventiv tədbirlərin,
əsasən zorakılığın ilk işarələriylə bağlı fəaliyyətlərin görülməsinə və ya
zorakılığın təkrarlanmasının qarşısını almaq üçün müdaxilə tədbirlərindən bəhs
edir.
Verilən məlumata
görə, ölkə başçısı tərəfindən 2010-cu ildə "Məişət zorakılığının qarşısının
alınması haqqında Qanun”un qəbul olunması barədə Sərəncamın imzalanmasına
baxmayaraq, regionlarımızda gender əsaslı zorakılıq halları baş verir. Bu da əhali
arasında maarifləndirmə işinin kifayət qədər güclü olmaması ilə yanaşı, həssas
qrupa aid qadın və qızları adıçəkilən problem haqqında daha az məlumatlı
olmasından irəli gəlir. Gündəlik mətbuat və sosial şəbəkələrdən aldığımız məlumatlar
bizi belə bir qənaətə gətirir ki, həqiqətən də yaşadığımız cəmiyyədə qadın və
qızlara qarşı gender əsaslı zorakılıq halları hələ də davam etməkdədir. Məhz
bunları nəzərə alaraq həyata keçiriləcək layihə qadın və qızlara
qarşı zorakılıq hallarında cavab tədbiri xarakterini daşıyan alətlər, xüsusilə,
zorakılıq qurbanlarına və ya zorakılıqdan xilas olanlara yönələn maarifləndirmə
işləri görüləcəkdir. Maarifləndirmə zorakılığa məruz qalmış qadınların öz
hüquqları bilməsi və tələb etməsi, onların cəmiyyətə inteqrasiyasının təmin
edilməsi, həmçinin zorakılığın təkrarlanmasının qarşısının alınması və bəzi
hallarda, zorakılıqla bağlı davranış və stereotiplərin dəyişilməsi üçün cəmiyyətin
və ya əhalinin xüsusi təbəqələri ilə işin aparılması baxımından mütləq xarakter
daşıyacaq.
Layihənin məqsədi qadın və qızlara
(onların uşaqlarına) qarşı zorakılıq baş vermədən öncə preventiv tədbirlərinin
xüsusən zorakılığın ilk işarələri ilə bağlı tədbirlərin görülməsi və ya
zorakılığın təkrarlanmasının qarşısını almaq üçün müdaxilə tədbirlərinin təşviqinə
nail olmaq məqsədilə maarifləndirmə işini təşkil etməkdən ibarətdir.
3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində əhali arasında
anonimlik qorunmaqla şifahi sorğu keçiriləcək, müvafiq icra hakimiyyəti
orqanlarından toplanacaq statistik məlumatların nəticələrinə əsasən seminar, dəyirmi
masa, fərdi görüşlər təşkil olunacaq. Daha sonra layihə regionları əhatə
etdiyindən (Mingəçevir, Şəmkirin qəsəbə və kəndləri) ARB Aran televiziya
kanalında layihənin mövzusu üzrə müvafiq verilişdə problemin müzakirəsi (layihə
rəhbəri,ekspert və müvafiq yerli icra orqanlarından olan nümayəndələrin
iştirakı ilə) keçiriləcək.
Layihənin
icrasıyla bağlı KİV-lər, sosial media və sosial şəbəkələr vasitəsilə ictimaiyyətə
məlumatlar veriləcək. Bunlarla bərabər layihə çərçivəsində çap olunmiş
(kitabçalar, bukletlər)layihə iştirakçıları və əhali arasında pulsuz paylanacaq