Məşhur rəssamlar haqqında bilmədiklərimiz
Karavacciyo
İtalyan rəssam Karavacciyo işçilərinə məzardan çıxardığı cəsədə poza verməyəc məcbur edirdi. Üfunətli qoxuya dözə bilməyən fəhlələr cəsədi buraxdıqları vaxt Karavacciyo xəncərini çəkib onları qorxudurdu. Əlacsız qalan fəhlələr iylənmiş cəsədi rəssamın dediyi kimi saxlayırdılar.
Vinsent van Qoq
Hollandiyalı rəssam van Qoq malbertdən boya yeyirdi. O, yaşadığı dövr ərzində yalnız bir dəfə rəsmlərindən birini sata bilib. Sonra isə intihar edib. Həddindən artıq kasıb olan Qoq ən pis vaxtlarında boya yeyirdi.
Salvador Dali
İspan rəssam Londonda keçirilən konfransa dalğıc geyimində getmişdi. Başına üzərində "Mersedes” avtomobilinin radiator başlığı olan skafandr taxmışdı. Tribundan danışmaq istədiyi vaxt skafandra oksigen gəlmədiyi üçün boğulduğunu hiss elədi. Konfrans iştirakçıları bunu Dalinin zarafatı hesab etdilər. Lakin vəziyyətin ciddi olduğunu görən səhnə işçiləri onu ölümdən xilas edə bildilər.
Leonardo da Vinçi
"Mona Liza” kimi məşhur əsərin müəllifi olan da Vinçi ağlı başında idi, lakin diqqətli deyildi. Gördüyü işi həmişə yarımçıq saxlardı. Çəkdiyi rəsmlərə maraq göstərməzdi. Rəssamın diqqətsizliyi həmişə ətrafındakı insanları əsəbləşdirirdi.
Anri Matisse
Fransız rəssam Anri Matisse olduqca dəcəl olub. Həmişə darıxırdı. Sakit durmaqla arası yox idi. Pəncərənin qabağında durub küçədən keçənlərin başına noxud və əzilmiş kağızlar atardı.
Mikelancelo Bonarroti
İtalyan rəssamın assistentlərinin hamısı onunla işləməkdən imtina ediblər. O, çox nadir hallarda duş qəbul edərdi. Mikelancelo vanna qəbul etməyin sağlamlığa zərərli olduğunu deyirdi. Ondan çox pis qoxu gəlirdi.
Mənsur