Azərbaycanlı alimlər yeni ixtira ediblər. Onlar dəniz suyunu yanacağa çevirən cihaz icad ediblər.
AMEA-danverilən
məlumata görə, bu cihaz vasitəsilə alınan yanacaq təbii qazdan
dəfələrlə ucuz başa gəlir. Üstəlik, ekoloji cəhətdən də daha təmizdir.
İxtiranın
müəllifləriMürvət Qəribov və Yusif Abdullayev deyirlər ki, 10 ildir bu
ideya üzərində işləyiblər son üç illərini isə cihazın ərsəyə gəlməsinə
sərf ediblər. Beləcə dünya praktikasında ilk dəfə dəniz suyundan yanacaq
alınıb.
Hazırlanan
bu qurğudan istifadə olunmaqla alınan məişət qazı təbii qazdan 50 dəfə
təmiz olur. İxtiranın ən böyük üstünlüyü ondan ibarətdir ki, xammalın
tapılması ilə bağlı heç bir problem yoxdur.
Maraqlısı
budur ki, cihaz cəmi 5 min dollara başa gəlib. Qeyd edək ki, ixtira tam
təsdiqlənib və patentə verilib. İndi isə müxtəlif ölkələrdə bu
ixtiranın təkmilləşdirilib avtomobillərə tətbiqi üzərində iş gedir.