Bakıda bu metronun girişi 6 ay bağlı qalacaq

Metronun "Elmlər Akademiyası" stansiyasının əsas girişi təmirlə bağlı bir neçə ay bağlı qalacaq.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, adıçəkilən metrostansiyanın birinci vestibülündə bu gecədən etibarən təmir işləri başlayacaq: "Hazırda stansiyanın təmir aparılacaq vestibülündə təhlükəsizlik tədbirlərinə başlanıb. Gecə saat giriş tam bağlanacaq, sabahdan etibarən isə təmir başlayacaq.

N.Paşayev deyib ki, vestibülün bağlanmasına səbəb buradakı 3 eskalatorun istismar müddətini bitməsidir: "Oradakı hər 3 eskalator söküləcək və müasir eskalatorlarla əvəz ediləcək. Bununla yanaşı metronun girişi də təmir ediləcək”.

Metropoliten sözçüsünün bildirdiyinə görə, bütün bu təmir dövrü təxminən 6 ay çəkəcək.

Metropoliten istifadəçiləri qeyd olunan stansiyasının ikinci vestibülündən istifadə edə bilər.