Bu gün Beynəlxalq Çay Günüdür

Beynəlxalq Çay gününün qeyd edilməsinə ilk dəfə 2005-ci ildə qərar verilib.

Banqladeş, Şri Lanka, Nepal, Vyetnam, İndoneziya, Kenya, Malayziya, Hindistan kimi çay istehsalı ilə məşğul olan ölkələrdə Beynəlxalq Çay Günü hökumətin və sakinlərin qlobal çay ticarətinə diqqətini çəkmək üçün keçirilir.

İlk Beynəlxalq Çay Günü 2006-cı ildə Dekabrın 5-də Yeni Dehlidə qeyd edilib.

Azərbaycanda çay əsasənLənkəran,Astara,Masallıvə Zaqataladayetişdirilir.

Çay bitkisi ilk dəfə1912-ci ildə Azərbaycanın Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb.

Ancaq ekspertlərin dediyinə görə, indi çayçılıq Azərbaycanın kənd təsərrüfatında çəkisini itirib. Sovet dövrü ilə müqayisədə çay plantasiyaları 20 dəfəyədək azalaraq, təxminən 2000 hektara qədər aşağı düşüb. Azərbaycanda hər il 10 min tondan artıq çay içilir. Bunun cəmi 5 faizi ölkədə istehsal olunur.

Ekspertlərin fikrincə 1 ha çay plantasiyasının salınması və becərilməsinə 30 min manatdan artıq vəsait lazımdır.

Lent.az