Fransada velosiped gəzintisi zamanı ayağını sındıran Amerika Birləşmiş Ştatlarının dövlət katibi bu gün ayağa qalxa bilər.
Ötən
gün Massaçusets Ümumi Xəstəxanasına aparılan dövlət katibi burada
ayağından əməliyyat olunub. Bu barədə onun həkimi danışıb.
"Əməliyyat
yerli narkoz altında və müvəffəqiyyətlə keçdi. Dövlət katibinin
əməliyyatı 4 saat davam etdi. Biz onun çərşənbə günü (bu gün – red.)
ayağa qalxacağını düşünürük”, – deyə həkim Dennis Byorka bildirib.
Qeyd
edək ki, 71 yaşlı Con Kerri ayağını Alp dağlarının Fransa ərazisindəki
hissəsində gəzinti zamanı zədələdikdən sonra vertolyotla Cenevrə
xəstəxanasına çatdırılmışdı.