Qorxulu xaçlı qəbir daşları, sarmaşıqlı divarlar, məzarlar arasındakı dərin keçidlər qəbiristanlığa vahiməli görünüş verir
Çanji çimərliyi, Sinqapur
İkinci Dünya Müharibəsi əsnasında çimərlikdə baş verən Suuk Çinq qırğınında çoxlu sayda yapon öldürülüb. Minlərlə çinli Yaponiya əleyhinə təbliğat aparmaqda ittiham edilərək qətlə yetirilib. Bundan sonra çimərlikdə öldürülən çinlilərin qarbasmalarının gəzdikləri deyilir. Ən dəhşətlisi isə qarabasmaların insanları qətlə yetirməlirinin iddia edilməsidir.
Çığırtı tuneli, Ontario
Niaqara şəlaləsinin yaxınlığında yerləşən tunelin qorxulu hekayəsi var. Rəvayətə görə, bir əsr bundan qabaq tunelin Cənub çıxışında bir daxma olub. Bir gecə evdə yanğın baş verir və paltarları alovlanan kiçik qız uşağı tunelə doğru qaçmağa başlayır. Yanan paltarlarından xilas olmağa çalışan qız tunelin ortasında yerə yıxılır və ölür. İddiaya görə, tunelin ortasında kibrit yandırılan zaman qızın çığırtısı eşidilir.
Banqar divarı, Hindistan
Rajastanda Canpur və Alvar arasında yerləşir. Məşhur cadugər Sinqiya hamının burada öləcəyini və ruhlarının əbədiyyətə qədər həbs olunacağını deyir. Maraqlıdır ki, lənətli olduğu deyilən bölgədə tikilən evlərin hamısının damı çökür. Gecə bura gələnlər yoxa çıxırlar. Hökumət Günəş batandan sonra insanların bölgəyə getmələrinə qadağa qoyub.
Hayqeyt qəbiristanlığı, Şimali London
Qəbiristanlığın dəhşətli mənzərəsi var. Türkürpərdən xaçlı qəbir daşları, sarmaşıqlı divarlar, məzarlar arasındakı dərin keçidlər qəbiristanlığa vahiməli görünüş verir. Gecələr qarabasmaların dolaşdığı deyilir. Karl Marksın məzarı buradadır.
Tarixi Toxmaq sarayı ("Ram Inn”), Qloçesterşir
İngiltərədə yerləşən və lənətli ruhların yaşadığı iddia edilən saray buranı ziyarət edən insanlarda mənfi emosiyalar yardır. Cırıldayan döşəmələri, soyuq divarları, üfunət qoxusu və yarıqaranlıq havası tükürpərdicidir. İddialara görə, sarayda te-tez cinayətlər baş verir, təkil edilən satanist ritual ayinlərində uşaqlar qurban kəsilir.
Monte Kristo malikanəsi, Avstraliya
Malikanədə lənət xanım Krauleyin ərinin ölməsindən sonra dolaşır. Krauley ərinin ölməsindən sonrakı 23 il boyunca cəmisi 2 dəfə çölə çıxır. Onun da ölməsindən sonra malikanədə qeyri-hadisələr başlayır. Evi lənətləyən qadın orada tez-tez qorxunc qarabasmalar şəklində görünür. Çığırtı səsləri eşidilir, işıqlar özü-özünə yanıb-sönür.
Edinburq Qalası, Şotlandiya
Şotland təpələrindəki qalanın qaranlıq dəhlizlərindən ölülərin səsləri eşidilir. Qala zindanlarında və ondan Cənubdakı körpü üzərində vaxtilə vəbadan ölən insanlarla itlərin qarabasmaları gəzir.
Domenik Təpəsi, Baqiyo
Filippində yerləşən təpənin burada baş verən müharibələrdə şəhid olan insanların və yolxucu xəstəlikdən ölənlərin ruhları tərəfindən ələ keçirildiyi deyilir. Gecələr qapı, şüşə cingiltisinin səsləri və çığırtılar eşidilir.
Berri Pomeroy Qalası, Totnes
Qalanın lənət əfsanəsi XIV əsrdən başlayır. Buranın iki məşhur qarabasması var. Biri "Ağ qadın”, digəri isə "Mavi qadın” adları ilə tanınır. Əfsanəyə görə, adı Marqaret Pomeroy olan "Ağ qadın” qısqanc bacısı tərəfindən qalanın zindanlarına bağlanılır. O, burada acından ölür. "Mavi qadın”ın kim olduğu bilinmir. Lakin onun qarabasmasına tez-tez qalanın xarablıq hissələrində rast gəlindiyi deyilir.
Alkatraz həbsxanası, ABŞ
Həbsxanada Al Kapone və Corc Kelli kimi məşhur mafiya liderləri cəza çəkiblər. San-Fransisko körfəzindəki adalardan birində yerləşir. Fəaliyyəti dayandırılan zindandan çığırtı, ayaq səsləri eşidilir. Qapılarının öz-özünə açılıb-örtüldüyü deyilir.
Amitvill, Nyu-York
Evin sahibləri müəmmalı şəkildə yoxa çıxırlar. Bundan sonra evdən vahiməli musiqi səsləri eşidilir, üfunət qoxuları gəlir. Orada qara libaslı qeyri-adi məxluqun yaşadığı deyilir.
Şərq Ştatı Təcridxanası, Penslivaniya
Filadelfiya şəhərində yerləşən təcridxana vaxtilə din cinayətkarlarının sorğu edilməsi üçün istifadə edilib. Dindirilmə zamanı məhbusların çoxusu dəli olurdu. Müəyyən müddətdən sonra buradan tükürpərdən çığırtı səsləri eşidilir.
Koronado Mehmanxanası, San-Dieqo
1982-ci ildə gənc qadın ərini gözləmək üçün mehmanxanaya gəlir. Lakin qadının günlərlə gözləməsinə baxmayaraq o qayıtmır. Bir neçə gündən sonra qadının pilləkəndən meyidini tapırlar. O gündən sonra otel işçiləri tez-tez mehmanxanada qara libaslı qadın qarabasmasını gördüklərini deyirlər.
İnverari Qalası, Şotlandiya
1644-cü ildə bir arfa ifaçısı dəhlizdə özünü asaraq intihar edir. Ölümündən sonra qarabasmasının qalanın dəhlizində gəzdiyi və kitabxanasında arfa çaldığı deyilir.
Ohayo Universiteti, ABŞ
Universitetin ətrafında 5 müxtəlif qəbiristanlıq yerləşir. Qəbiristanlıqlar universiteti Satanizmin simvolu Pentaqram formasında daxilə alıblar. Rektorun otağı isə Pentaqramın tən ortasında yerləşir. Məktəbin içərisində lənətin olduğu iddia edilən yerlər var. Altında məzarlar olan Cefferson salonunda qarabasmaların yaşdığı deyilir. Digəri isə ruhi xəstələr üzərində elektro-şok təcrübəsi tətbiq olunan "The Ridges” adlı fəaliyyətini dayandırmış ruhi xəstələr dispanseridir. Oradan dəhşətli çığırtı səsləri eşidilir.
Stenli Mehmanxanası
Otelə azyaşlılar buraxılmadığı halda, qonaqlar gecələr dəhlizlərdə səs-küy edən uşaqlardan şikayət edirlər.
Ağ Ev, Vaşinqton
ABŞ prezidentlərinin iqamətgahının iki məşhur qarabasması var. İddiaya görə, Amerikanın ikinci prezidenti Con Adamsın arvadı Abiqayl Adamsın qarabasması sarayın Şərq zalında tez-tez paltar yuyarkən görünür. Dördüncü prezident Ceyms Medisonun həyat yoldaşı Dolli Medisonun qarabasması isə sarayın gül bağçasında peyda olur.
Mançaç bataqlığı, Luiziana
Bataqlıq 1920-ci ildə həbs edilən Vudo kraliçası (Nyu-Orleanın ən sirli və qorxulu şəxsiyyətlərindən biri) tərəfindən lənətlənir. Bundan əvvəl bataqlığın qurudulmuş hissəsində salınmış 2 kənd 1915-ci ildə baş verən güclü fırtınada yox olub. Kraliçanın orada tez-tez qarabasmasının göründüyü deyilir.
Mənsur