"Facebook” elə bir virtual məkandır ki, hər kəs burada özünü açıq-aydın ifadə edir, fikrindən keçənləri sərbəst şəkildə yazıb paylaşa bilir. Ona görə də bu gün gündəmin formalaşmasında ənənəvi və onlayn media ilə yanaşı, "Facebook”-un da rolu az deyil. Odur ki,SABAHİNFO.AZsaytı bu virtual sosial platformada paylaşılan, ictimai marağa səbəb olan və gündəmi müəyyənləşdirən mövzularla bağlı 10 ən maraqlı statusu oxuculara təqdim edir:
***
Akif Aşırlı: "İstanbulda axırıncı dəfə olanda Xoysklərin sonuncu yadigarı Leyla xanımla görüşdüm.Leyla xanım Fətəli xan Xoyskinin qardaşı nəvəsidir.Anası Cümhuriyyətin İrandakı səfiri Adil xan Ziyadxanlının qızıdır.Bu möhtəşəm soy -kökü özündə yaşadan xanım cox maraqlı ,həyatsevər ,istiqanlı və İstiqlalcıdır .Yaşı 90 -nı haqlayan Leyla xanımın səhhəti imkan verməsə də məni evində qəbul etdi və xeyli maraqlı məlumatlar verdi.Təəssüf ki ,söhbətinin əvvəli də , axırı da Azərbaycan olan Leyla xanım bu uzun illər ərzində Azərbaycana gələ bilməyib.Uzun söhbətdir.Vaxt tapıb İstiqlal tariximizin bu mücahid varisinin söylədiklərini qələmə almaga çalışacam"
***
İbrahimli Zaur: "Dünyada ən ürəkağrıdan məqam doğma insanın gizlətmək istədiyi kədəri onun gözlərində görməkdi..."
***
***
***
Aygül Ağayeva: "Dostluğumda o qədər sovet vətəndaşı var kı, səhifəmi vərəqləyəndə elə bilirəm SSSR də yaşayıram.."
Nurlanə Quliyeva: "Bu cəmiyyətdə qadın olmaq çox çətin və ağırdır....hələ
də bir az gòzəl, cazibədar və ağıllısansa işin bitti.. salamını belə almaq
şansı əldə etməyən "kişilər" in münasibətim olub böhtanları və
paxıllıqla sənə yanaşan "xanımlar" in qeybətində boģulacaqsan..."
Eminquey: "Heç vaxt bacım olmadı, heç vaxt da atama qızı çay gətirmədi, yemək hazırlamadı. Bu üzdən həmişə anam olmayanda bu vəzifələri mən yerinə yetirmişəm. Heç mənim də bir oğul kimi toyumu görmədi. Ki, qızından görmədiyini gəlinindən görə. Amma o dünyasını dəyişdiyi gecə mən onun qızı oldum. Anam gələnə kimi onu elə ağladım ki, elə ağladım ki, görənlər heyrətə gəldi. Bunu sonralar anam dedi mənə. Dedilər ki, Akifin qızı yox idi, amma oğlu onu qızı kimi ağladı, qızı kimi. Hərdən fikirləşirəm, nə əcəb həmin gecə havalanmamışam? Nə əcəb ağlımı itirməmişəm? İndi hərdən anama da qızı kimi kömək edirəm bəzi işlərində. Birdən qayıdır ki, evlənəndə də mənə belə kömək edəcəksən? Xəstələnəndə baxacaqsan mənə? Bezməyəcəksən ki? Görürəm, yox, mama əməlli-başlı qorxur ki, evlənərəm, məni qızı kimi də, oğlu kimi də itirər. Deyirəm, ölməmişəm e, istəyirsən heç evlənməyim. Öz qız tərəfimlə evlənim, xoşbəxt olum "
***
Mənsur Rəğbətoğlu: "Şəbnəm Tovuzlu səhvini düzəldib. Qayıdıb ki, guya mən bilmirəm ki, Amerikanın paytaxtı haradır, Nyu-Yorkdu də."
***
Anar Tağıyev: "O ağır günlərdə kimin statusuna nöqtə qoymuşdumsa qaytarsın...Təcili! Lazımdır..."
İlqar Orucov: "Tural Qarayev adlı birisi 14 yaşlı qıza qarşı xoşagəlməz hərəkətləri ilə gündəmə gəlib və hadisə cəmiyyətdə ciddi ictimai qınaqla qarşılanıb. İnanıram ki, hüquq mühafizə orqanlarımız hadisəni araşdıracaq və günahkar layiq olduğu cəzasını alacaq. Hadisədən dərhal sonra müəyyən qüvvələrin siyasi şou yaratmaq istəkləri, hadisəni zərərçəkmiş qızın atası Fuad Qəhrəmanlı ilə əlaqələndirmək cəhdləri başa düşülən deyil və nəhayət, sonradan məlum olur ki, iqtidara bağlı olduğu iddia etdikləri bu gənc oğlan elə müxalifət partiyasının üzvüdür..."