ABŞ-ın Texas ştatından olan 26 yaşlı Vera Diki ağlasığmaz uğura imza atıb.
Ayağına hündürdaban ayaqqabı geymiş qadın 840 metr yüksəklikdə kanatın üzərindən keçib.
Qeyd edək ki, bununla bağlı yarış Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilib. Qaydaya əsasən, qadınlar kanatın üzərində ayaqqabılarla gəzirlər. Maraqlı məqam odur ki, amerikalı qadın bu uğura elə ilk gəzintidən nail olub.
Çəhrayı ayaqqabılı qadın ətrafında gördüyü gözəl mənzərələrin - dağların, çimərliklərin, evlərin ona güc verdiyini qeyd edib. Digər maraqlı məqam odur ki, "Highgirls” Braziliya festivalında kişilər də iştirak edə bilərlər. Lakin bir şərt var – onlar qadınlar kimi geyinməlidir.
publika.az