Ağstafa Rayon İcra Hakimiyyəti rayonun adının əks olunduğu löhvədə "Ağstafa” sözünün "Agtafa” yazılmasına münasibət bildirib.
İH-dənOxu.Az-a bildirilib ki, foto təmir zamanı hərflər sökülərkən çəkilib:
"Biz hərflərin hazırlanmasına baxdıq, formata uyğun deyildi və xoşumuza gəlmədi. İcrabaşçısı Nizaməddin Quliyev qərar verdi ki, həmin hərflər yenidən düzəldilsin. İşləri həyata keçirən təşkilat hərflərisöküb aparıb, həcmində və formasında dəyişiklik edəcəklər. Orada onlarla adam işləyib, biz özümüz nəzarət etmişik. "S” hərfi var idi”.