İqbal Nəhmətov Həmzə oğlu 1976-cı ildə Yardımlı rayonu Urakəran kəndində anadan olub. Yaradıcılığa 1994-cü ildən başlamış yazar iki kitab müəllifidir.
Şeirləri dövri ardıcıl olaraq, dövri mətbuatda çap olunur.
BURAX QOY GEDİM...
Bu ürək ikiyə bölünüb çoxdan, Götür yarısını burax qoy gedim. Bir beşik hazırla toxunma, yatsın, Oxu laylasını burax qoy gedim. .. Bir yazı masası, bir səssiz otaq, Mən kimə bağlıyam,mən kimə ortaq? Nədir bu məhəbbət içimdə dustaq? Gəl aç qapısını burax qoy gedim. .. Mən səni tanıdım, sən məni tanı, Silinməz, silsən də ömrün bu anı, Axsın izlərimə sevdamın qanı, Qopard yarasını burax qoy gedim. .. Belə xatırlayaq olub keçəni, İllər də saxlamaz küsüb gedəni, O sevgi ölməzdi, öldümü yanı? Mən tutum yasini burax qoy gedim.
TAPDILAR
Günəş görünmədi, ay görünmədi, Günahı dumanda, çəndə tapdılar. Müəllim olmadım, həkim olmadım, Dərmanı, dəvanı məndə tapdılar.
Çoxunu qoydular axmaq yerinə, Sıxıb yandırdılar çaxmaq yerinə, Dönub öz içinə baxmaq yerinə, Şeytanı, mələyi dində tapdılar,
Get daha üzülmə, yoxsa qalmağın, Məqamı gəlməyib hələ dolmağın, Yazıb düsturunu insan olmağın, Toplayıb milyonda, mində tapdılar.
ADAM
Çalışır heyvan yerinə, Adamdı sandığım adam? Evinə rüşvət daşıyır, Seçib inandığım adam, .. İtir,soyunu gizlədir, Susur,huyunu gizlədir, İçir, suyunu gizlədir, Oduna yandığım adam.
Bənd olubdu bircə himə, Gülür tökülən tərimə, Bu gün utanır yerımə, Dünən utandığım adam.
Elə gəl, elə get oyana bilim.
Sən ey düşuncəmə gömdüyüm qadın, Üstünə örtmüşəm arzularımı. Sən Allah sakitcə uzan yerində, Qoy mən də axtarıb tapım yarımı.
Səni sevə-sevə yıxılmağım cox, Uzaq dur birində dayana bilim, Sən ey yuxularda gördüyüm qadın, Elə gəl, elə get oyana bilim.
Sən ey qapısını döydüyüm qadın, Vədəsiz gəlmişəm,açma nə olar. Mən qaça bilmədim öz taleyimdən, Sən də ayaq saxla qaçma nə olar. İ
BİZ SƏNİ SEVMƏYƏ BORCLUYUQ, VƏTƏN!
Buludlar qaralar axından öncə, Varını düşünmə, yoxundan öncə, Doğmadan,əzizdən,yaxından öncə, Biz səni sevməyə borcluyuq,Vətən!
Qolunu alıblar qol olaq sənə, Yola düş Təbrizə, yol olaq sənə, Öpüb torpağını qul olaq sənə, Biz səni sevməyə borcluyuq,Vətən!
Səbr elə çin cıxar bir gün yuxumuz, Uğrunda ölməyə hazır çoxumuz, Varlı,yoxsulumuz, ac ya, toxumuz, Biz səni sevməyə borcluyuq, Vətən!
Qartal zirvəsiylə,şahin gözüylə, Əsgər gülləsiylə, şair sözüylə, Hər kəs həqiqəti, hər kəs düzüylə, Biz səni sevməyə borcluyuq, Vətən!
Cənnətin özüsən,hər şeyin vardır, Bir yanın gül acmış,bir yanın qardır, Biz səni sevməyə borcluyuq, Vətən!
IQBAL NƏHMƏT DÖYÜŞƏ GEDİRƏM, ANA!
Qarabağdan İrəvana, Yürüşə gedirəm,ana. Şükür olsun yaradana, Döyüşə gedirəm, ana!
Aldılar xoş anımızı, Çox tökdülər qanımızı, Qurutdular canımızı, Daha susamışam qana, Döyüşə gedirəm,Ana!
Qara gey,qara bağlama, Gedirəm bu gün saxlama, Şəhid olsam çox ağlama, Oxşa məni yana-yana, Döyüşə gedirəm, Ana.
Mənə uğur dilə,gedim, Düşüm dildən-dilə gedim, Arxamca su çilə gedim, Vətən adlı bir ünvana, Döyüşə gedirəm, ana!
DÜŞƏRSƏN..
Allahı yadından çıxartma qardaş, Şeytana inanıb fala düşərsən. Hər şeyin əvvəli,bir də sonu var, İrəli düşünüb dala düşərsən.
Özündən razısan,qəti gedirsən, Tökürsən olmayan əti gedirsən, Narahat yollarda iti gedirsən, Döngədə radara,bala düşərsən.
Sevgini içində saxla söyləmə, Hər açan gül sənin deyil,iyləmə, Hər baxan gözələ göz-qaş eyləmə, Sonunda gülməli hala düşərsən.
Mən dəli,dəlisən dur gəl yanıma, Şərik ol həm şirin,acı anıma, Hələ ki gülürsən Tık-tık xanıma, Çıxar qabağına çala, düşərsən.
QEYRƏTİ MƏNDƏN SORUŞUR..
Əl açıb dilənir tində, Əkənlər yoxdu biçində, Boğulur günah içində, Cənnəti məndən soruşur. .. Nə gəlsə atıb qarına, Düşüb qarın azarına, Girib vicdan bazarına, Qiyməti məndən soruşur. .. Qorxur açaram sandığı, Mən deyiləm inandığı, Nifrət ilə qazandığı, Hörməti məndən soruşur. .. Sabah yatma,bu gün oyan, Haram yemə hələ dayan, Vətəndə çörək tapmayan, Qurbəti məndən soruşur. .. Yenə aldım sorağını, Tikən yoxmüş yamağını, İtiribdir papağını, Qeyrəti məndən soruşur.
ANA!
Ana qurban olum,dizinin üstə, Başımı qoymağa bir az yer göstər. Döşəyim buz kimi, yastığım soyuq, Üşüyən vicudum tək səni istər. ... Qısılıb özümə isinmək üçün, Gecələr ruhumla qucaqlaşıram. Böyüyə-böyüyə uşaqlığımdan, Kiçilə-kiçilə uzaqlaşıram. ... Böyüyə bilmədim,adıma Ana, Bu hələ dünənki uşaq dedilər. Bəzən inandılar böyüdüyümə, Bu uşaq həmənki uşaq dedilər. ... Başımı qoymağa yer düzəlt mənə, Ən şirin yuxumu hazırlamışam. Tək sənin gözünə baxanda anam, Atamın üzünü xatırlamışam. ... Yəqin yorulmuşam oxşa saçımı, Dizini isladan tərimdi,Ana! Başımı qoymağa yer düzəlt mənə, Dizlərin müqəddəs yerimdir,Ana!
BİZİMLƏ GEDİR..
Arxamca atdığın daşın, Yarası bizimlə gedir. Yarı böldük sevgimizi, Parası bizimlə gedir.
Təpənin,dağın içində, Diri yox sağın içində, Bu boyda ağın içində, Qarası bizimlə gedir. Nə gəlibsə söyləmişəm, Çox götür-qoy eyləmişəm, Dərdimə toy eyləmişəm, Balası bizimlə gedir.
BİRCƏ SƏN YOX İDİN... Bu gecə yuxular qonağim idi, Qalmışdım varlıqla,yoxluq içində, Bu gecə yuxuma çoxu gəlmişdi, Birce sən yox idin,çoxluq içində. ... Ulduzlar yuxuma ayı gətirdi, Ayın kölgəsindən doğuldu gecə. Qovuşmaq istəyim yuxuda qaldı, Səni gözləməkdən yoruldu gecə. ... Bu gecə nələri əkib gözümə, Nələrin üstündən xətt çəkdim,bilsən, Yuxuma daraşdi yuxusuzluğum, Dərdimi deməyə gecikdim,bilsən . ... Yuxuma sevdalı quşlar gəlmişdi, Quşlar danışırdı sevdalarından, Hər anım gecənin rəngində idi, Ağlar ayrılmışdı qaralarından. ... Səhəri açmışam gözlərim açıq, Hələ də yuxudan ayılmamışam. Sən ayrı dünyanın yuxusundasan, Mən səni yuxumda sayıqlamışam.