UEFA Çempionlar Liqasının iyunun 1-də Madriddə keçirilmişfinal oyununda meydana yarıçılpaq vəziyyətdə çıxanamerikalı aktrisa, model Kinsi Volanskinin"Instagram”dakı hesabı bağlanıb.
Oxu.Azxəbər verir ki, K.Volanski İngiltərənin "Liverpul” və "Tottenhem” klublarının qarşılaşdığı final matçının 20-ci dəqiqəsində stadionun təhlükəsizlik əməkdaşlarınıngözündən yayınaraq meydana daxil olmuş, bununla da oyunun bir neçə dəqiqə dayanmasına səbəb olmuşdu.
Bundan sonra modelin "Instagram”dakı səhifəsinin izləyicilərinin sayı bir neçə dəqiqə ərzində 10 minlərləartmışdı.
Qeyd edək ki, K.Volanski rusiyalı bloqer, "YouTube”da 2,2 milyon izləyicisi olan "Vitaly Uncensored” səhifəsinin təsisçisi Vitali Zdorovetskinin sevgilisidir. Model meydanaüzərində məhz "Vitaly Uncensored” yazılmış köynəkdəçıxmışdı.
Xatırladaq ki, finalda "Liverpul” "Tottenhem”i 2:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının qalibi olub.