"Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Görmə, eşitmə və nitq məhdudiyyətli insanlar arasında Aprel şəhidlərinin təbliği” layihəsi çərçivəsində tanıtım video çarxın hazırlıq mərhələsinə başlanılıb.
Layihə
rəhbəri Rövşən Ağamalıyevin məlumatına görə, bununla bağlı SİA.TV ilə müqavilə
bağlanılıb və video çarx üçün lazımı məlumatların toplanmasına başlanılıb.
R.Ağamalıyev
onu da bildirib ki, layihəyə cəlb olunan işçilərlə də aidiyyatı üzrə xidməti
müqavilələr bağlanılıb. Hazırda işlər davam etdirilir. Qeyd edək ki, təşkilat
bundan öncə də Müstəqil Azərbaycanın 25 illiyi ilə bağlı sənədli filmin
çəkilişini və bu filmin geniş ictimayyət arasında təbliğini həyata keçirib. Bundan
əlavə təşkilat Milli Qəhrəman Ələkbər Əliyev barəsində də sənədli filmin
çəkilişlərini həyata keçirib. 2017-ci ildə isə Aprel şəhidi Fəxrəddin Qurbanlı
ilə bağlı qısametrajlı film hazırlanıb və filmin geniş təqdimatları keçirilib.
Hazırda isə belə bir layihənin
həyata keçirilməsi görmə, nitq və eşitmə məhdudiyyətli insanlarda Aprel
döyüşləri ilə bağlı geniş məlumat bazasının yaranmasına gətirib çıxaracaq. Eyni
zamanda bu qəbildən olan həmvətənlərimiz Aprel şəhidləri ilə bağlı geniş
məlumat əldə edəcək.