2019-2020 - ci tədris ili bugündən start götürdü. Təhsil ocaqlarında sözün əsl mənasında canlanma müşahidə olunurdu. Şagirdlərlə yanaşı pedoqoji heyət dövlətin prioritet sahəsi olan təhsilimizin inkişafı üçün lazımı işlərin həyata keçirilməsi üçün tam hazır vəziyyətdə idilər. Ancaq aparılan araşdırmalar onu deməyə əsas verir ki, bugün təhsil sahəsində elə insanlar var ki, onlar birbaşa cənab Prezident İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsində gördüyü işlərə qara yaxır, bu yöndə müsbət keyfiyyətləri ayaqlar altına atırlar. Ən əsası bu insanlar vaqlideynlərdə dövlətə və dövlətçiliyə qarşı ikrah formalaşdırırlar. Söhbət Abşeron Rayon Masazır Qəsəbəsi Yeni Bakı Yaşayış Massivində yerləşən 4 saylı tam orta məktəbdən, ən dəqiqi bu məktəbin direktor vəzifəsini icra edən Roza Məmmədovadan gedir.
Roza Məmmədova 2 ildir ki, bu təhsil ocağına rəhbərlik edir. 2016-cı ildə Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın şəxsən iştirakı ilə fəaliyyətə başlayan təhsil ocağının başı bəlalıdır. Belə ki, bu təhsil ocağında kadr çatışmamazlığı ilə yanaşı sözün əsl mənasında bazar açılıb. Bu bazarın başında dayanan şəxs isə məktəbin direktoru Roza Məmmədovadır. "Burda mənəm Bağdadda kor xəlifə” dezifi ilə çıxış edən Roza Məmmədova heç kimdən və heç nədən çəkinmədən öz bildiyini edir. Məktəbə uşaq yerləşdirmək üçün müraciət edən valideyn 100 manat "tərləməli” olur. Bu ildən isə qiymətlər 200 manata qalxıb. Sinif dəyişməyin öz haqqı, dərs növbəsinin dəyişməsinin öz haqqı var. Hətta saytımıza daxil olan məlumata görə burada müəllim işləməyin də öz haqqı var. Məktəb üçün dövlət tərəfindən hər cür şərait yaradılmasına, yeni istifadəyə verilməsinə baxmayaraq Roza Məmmədova hər il təmir pulu adı altında hər uşaqdan 3 manat tələb edir. Şəxsən özüm bu məsələ ilə bağlı qəbulunda olmuşam. Pulu verməyə gücüm çatmadığını bildirdikdə "özün gəlib məktəbdə krasqa vurarsan” deyə bildirdi. Bu kimi pedoqoqun məktəbə rəhbərlik etməyi indiki zamanda dövlətimizin apardığı uğurulu siyasətə kölgə salır. Roza Məmmədovanın etdiyi əməllər bununla da bitmir.
Roza Məmmədovanın adı KİV-lərə yad deyil. O,
ötən illərdə bir müəllimdən 2000 AZN pul alaraq onu məktəbdə işə düzəldib və müəllimi
əmin edib ki, onun əmri gələcək. Bir müddətdən sorna müəllim əmrinin gəlmədiyini
görüb və R. Məmmədovadan pulunu tələb edəndə ikinci müəllimə qapını göstərib.
Ümumilikdə R.Məmmədovanın fəaliyyətində qapı göstərmək adət halını alıb.
Masazır kəndindən məktəbə uşaq qəbul edən Roza Məmmədova yaxınlıqda yerləşən "Qurtuluş”
və "Yeni Bakı” kimi Yaşayış Massivinin uşaqlarını məktəbə qəbul etmək istəmir.

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Elnarə Həziyeva