"Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi Müdafiə Nazirliyinə müraciət edib. Bunu KİV-ə açıqlamasında təşkilat sədri Rövşən Ağamalıyev bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Görmə, eşitmə və nitq məhdudiyyətli insanlar arasında Aprel şəhidlərinin təbliği” layihəsi çərçivəsində hazırlanacaq filmlə bağlı Müdafiə Nazirliyinə müraciət olunub. Nazirliyə müraciət etməkdə məqsəd aprel şəhidlərinin sayının dəqiqləşdirilməsidir.
R.Ağamalıyev
artıq nazirlikdən müsbət cavab əldə olunduğunu da vurğulayıb. Bildirib ki, surdo tərcümə ilə video çarxın çəkilişi həyata keçirilir. Qeyd edək ki, video çarxın
çəkilişi üçün SİA.TV ilə müqavilə bağlanılıb.
Onu da qeyd
edək ki, təşkilat bundan öncə də Müstəqil Azərbaycanın 25 illiyi ilə bağlı
sənədli filmin çəkilişini və bu filmin geniş ictimayyət arasında təbliğini
həyata keçirib. Bundan əlavə təşkilat Milli Qəhrəman
Ələkbər Əliyev barəsində də sənədli filmin çəkilişlərini həyata keçirib.
2017-ci ildə isə Aprel şəhidi Fəxrəddin Qurbanlı ilə bağlı qısametrajlı film
hazırlanıb və filmin geniş təqdimatları keçirilib.