Bakıda özəl klinikalardan birində rinoplastika (burun estetik əməliyyatı) nəticəsində növbəti ölüm faktı qeydə alınıb.
BunuOxu.Az-a Yasamal rayonPolis İdarəsindən bildiriblər.
Məlum olub ki, hadisə Kazım Kazımzadə küçəsində yerləşən "Uniklinika”da baş verib. Burada avqustun 13-ü saat 19:00-da əməliyyat zamanı 2003-cü il təvəllüdlü paytaxt sakini Xurşudov Mirəhməd Ağasəf oğlu ölüb.
Hazırda Yasamal rayonprokurorluğu faktla bağlı araşdırma aparır.
Həmin klinika ilə əlaqə saxlasaq da, əməkdaşlar məlumat verməkdən imtina etdilər.
Xatırladaq ki, 2018-ci ilin martında "StarMed” klinikasında burun əməliyyatı zamanı Azərbaycan Maliyyə-İqtisadKollecinin 18 yaşlı tələbəsi Mürsəlova Leyla Namiq qızı ölmüşdü.