Çayın bəxş etdiyi gözəllik

Yapon atalar sözünə görə, insan çay içməyibsə, o nə həqiqəti, nə də gözəlliyi qəbul edə bilməz. İngilis yazıçısı Corc Oruell qeyd edib ki, bir fincan çaydan sonra o, özünü müdrik, daha gözəl, cəsarətli hiss edib, dünyaya nikbin baxışlarla baxıb. 
İsti yay günlərində günəş şüasından, stressdən, ətrafımızdakı çirkli havanın təsirindən dərimiz öz təravətini itirir. Yeni mövsümü quru, qırışığı olmayan, təravətli bir dəri ilə qarşılamaq istəyiriksə, bu məsələdə bizə çay kömək edər. Susuzluğu yatırmaqdan və sağlamlığa faydasından əlavə, çay həm də ta qədim zamanlardan gözəlliyin qorunması üçün istifadə olunurdu. Mütəxəssislər çayın orqanizmə xeyrini təsdiqlədikləri kimi, onun gözəllik üçün də çox yararlı olduğunu sübut ediblər. Çayın tərkibindəki yod və vitaminlər insan ömrünü uzadır, qocalmanı gecikdirir. 
Çay antioksidləşdiricilərlə zəngindir. Buna görə də bəzən üz kremlərinin, yaşlanma əleyhinə vasitələrin, tonlaşdırıcıların, maskaların istehsalında istifadə edilir.
Axşam.az xarici mətbuata istinadən çayın gözəlliyə aid sirlərini təqdim edir:
· Çaydan hazırlanan kompress göz ətrafındakı şişləri aradan qaldırır. 
· Üz dərisinin rəngini canlandırır.
· Sterilizə olunmuş su ilə dəmlənən çayı üzə lasyon əvəzi çəkmək dərini yumşaq saxlayır.
· İsti çayla üzə kompres etmək qırışları aradan qaldırır.
· Əgər saçlarınız çox yağlanırsa, yuduqdan sonra, təzə dəmlənmiş ilıq çayla yaxala.
· Hər gün dəmlənmiş çayla baş dərisini silmək, saç tökülməsinin qarşısını alır.
· Yaxşı dəmlənmiş çaya kokos yağı və azca su töküb, saçının dibinə sürtün, iki-üç saat saxladıqdan sonra yuyun. Bu, kəpək problemini aradan qaldıracaq.
· Süd verən analar döş uclarında əmələ gələn çatları çay kompresi ilə sağalda bilər.
· Bədənin hansısa bir yerindən çiban çıxarsa, onun üstünə çay kompresi qoyub səhərə kimi saxlamaq, bütün mikrobları təmizləyir
Keyfiyyətli çayı necə tanımaq olar?
Keyfiyyətli çay soyuduqdan sonra kremləşir 
Meyvəli çaylar yalnız paket halında olmalıdır
Mütləq istehsal tarixinə baxmalısınız
Əgər çay nəmişlənirsə, demək, o keyfiyyətsizdir
Çayı içəndə ağızda əvvəlcə quruluq, sonra isə sürüşkənlik yaratmalıdır. 
Əgər çay bulanıqdırsa, demək, keyfiyyətli deyil.
Maraqlı faktlar:
Çayın 1000-dən çox növü var.
Çay orqanizmdə HİV əmələgətirən virusları azaldır.
Çayın ən böyük və hələ də açılmayan sirri odur ki, o həm sakitləşdirir, həm də coşdurur.
Radiasiya şüası olan ərazidə yaşayanlara çox çay içmək məsləhətdir. Çünki çay şüanın orqanizmə vurduğu ziyanı zərərləşdirir. 
Gün ərzində 8-10 stəkan çay içmək bağırsaq, ağciyər və dəri xərçəngi riskini azaldır.
Çayı necə içməli?
Çayın profilaktik faydasını hiss etmək üçün gündə ən az beş-altı fincan içməlisən. Dəm tünd olmamalıdır, çayı qaynar yox, isti içmək lazımdır. Əgər müalicəvi effekt görmək istəyirsənsə, çayı yeməkdən 20-30 dəqiqə əvvəl və ya sonra içməyin məsləhətdir.