Daxili İşlər Nazirliyi (DİN) iyulun 18-19-da ölkə ərazisində qeydə alınan cinayət hadisələri ilə bağlı məlumat yayıb.
Sabahinfo.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin məlumatına görə, hesabat dövründə polis əməkdaşları tərəfindən ümumilikdə 95, əvvəlki dövrlərdən bağlı qalan isə 7 cinayətin açılması təmin edilib.
Bildirilib ki, axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 32-si borclu şəxs qismində axtarışda olub.
Həmçinin polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli 42 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 14 hal müəyyən edilib.
Məlumata əsasən, cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb.