“Dayaq Sosial Maarifləndirmə” İctimai Birliyinə təşəkkür  

Qurban bayramı ərəfəsində aztəminatlı və imkansız ailələrə göstərilən sosial dəstək tədbirləri çərçivəsində Yasamal Bələdiyyəsi tərəfindən təşkil edilmiş bayram sovqatlarının ailələrə çatdırılmasında “Dayaq Sosial Maarifləndirmə” İctimai Birliyi fəal iştirak etmişdir.

İctimai Birliyin sədri Hicran Əliməmmədova və təşkilatın əməkdaşları sovqatların ehtiyacı olan ailələrə vaxtında və operativ şəkildə çatdırılmasına öz töhfələrini vermişlər.

Göstərilən fəallıq, sosial həmrəylik və aztəminatlı ailələrə dəstək istiqamətində həyata keçirilən fəaliyyət Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

Bu münasibətlə Yasamal Rayon İcra Hakimiyyəti “Dayaq Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Hicran Əliməmmədovaya və kollektivə öz minnətdarlığını bildirmişdir.

İctimai Birlik bundan sonra da sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq ehtiyacı olan ailələrə dəstək göstərilməsi, humanitar təşəbbüslərin həyata keçirilməsi və cəmiyyətdə həmrəylik dəyərlərinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.