Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək İctimai Birliyinin sədri Lalə Həmidovanın Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərovla görüşü keçirilib.
Görüşdə Azərbaycanda trüfel istehsalının inkişaf perspektivləri, fermerlərin bu sahəyə cəlb edilməsi, aqrar innovasiyaların tətbiqi və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Tərəflər trüfelçiliyin kənd təsərrüfatında yeni və perspektivli istiqamət kimi inkişaf etdirilməsinin, yerli istehsalın təşviqinin və maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıblar.
İctimai Birliyin sədri Lalə Həmidova təşkilat olaraq Azərbaycanda trüfelçilik sektorunun inkişafı, yerli istehsalın təşviqi və bu sahənin genişləndirilməsi istiqamətində öz bilik və təcrübəsi ilə dəstək göstərməyə, müvafiq qurumlarla əməkdaşlığa hazır olduğunu bildirib.