12 noyabrda “Dayanıqlı İnkişaf Uğrunda” Gənclər İctimai Birliyinin həyata keçirdiyi “DiplomaSkills: Gənc diplomatların bilik və bacarıqlarının artırılması proqramı” layihəsi çərçivəsində II qrup üçün ikinci görüş keçirilib.Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən təlimdə 25 nəfər iştirak edib. Görüş layihənin gənclərin diplomatiya sahəsində nəzəri və praktiki hazırlığının artırılmasına yönəlmiş təlim proqramının davamı olub. Təlim zamanı iştirakçılar diplomatik fəaliyyət üçün əhəmiyyətli olan effektiv ünsiyyət, liderlik, beynəlxalq münasibətlər və diplomatik yanaşmalarla bağlı biliklərini inkişaf etdirmək imkanı əldə ediblər. Praktiki tapşırıqlar vasitəsilə iştirakçıların situasiyalara analitik yanaşması təşviq olunub. Proqramın interaktiv formatı gənclərin komanda şəklində işləməsinə, fikir mübadiləsi aparmasına və müxtəlif diplomatik situasiyalar üzrə qərarvermə bacarıqlarını sınamasına şərait yradıb. “DiplomaSkills” layihəsi çərçivəsində həyata keçirilən təlimlər gənclərin diplomatiya sahəsində bilik və bacarıqlarının inkişafı ilə yanaşı, onların gələcək peşəkar fəaliyyətinə hazırlığının gücləndirilməsinə yönəlib. Hesabata əsasən, layihənin əsas hədəfləri sırasında gənclərin beynəlxalq münasibətlərdə effektiv rol oynamağa hazırlanması və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi xüsusi yer tutur.