Dünyanın ən dar evi satılır

Şotlandiyadakı Kumbri adasındakı Millport şəhərində yerləşən bu ev Ginnesin Rekordlar Kitabına "dünyanın ən dar evi" kimi düşüb. Vur-tut 1,93 metr eni olan ev unikal formaya malikdir. Evin sahibi Piter Makbraydın dediyinə görə, "həddən artıq rahat və gözəl mənzil"də yaşamaq xoş olsa da, onu satır. Milli.Az The Guardian-a istinadən bildirir ki, ev 85 min funt-sterlinqə satışa çıxarılıb. Bu evdə bir yataq otağı var. Piter Makbraydın dediyinə görə, evi 2011-ci ildə alıb. "Mərhum xanımım Cudi o vaxt evi çox bəyənmiş və xüsusi formasına görə onu "pendir kəsiyi" adlandırmışdı. Cudinin sözünü yerə salmayıb evi aldım", - P.Makbrayd söyləyib.