Mehriban Əliyeva Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü

Əməkdar artist Rəhman Rəhmanovun əməliyyat xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Ötən gün öd kisəsindən əməliyyat olunan Əməkdar artist bu barədəOxu.Az-a açıqlamasında məlumat verib.

"Bir saat öncə Heydər Əliyev Fondunun nümayəndəsi mənimlə əlaqə saxladı və bildirdi ki,bütün əməliyyat xərclərinifond öz üzərinə götürüb. Bu zəng mənim üçün gözlənilməz oldu.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva səhhətimlə maraqlanıb. Ailəmvə öz adımdan cənab Prezident İlham Əliyeva və Mehriban xanıma dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Əməkdar artist Rəhman Rəhmanov sabah yenidən əməliyyat olunacaq.