Azərbaycanda ögey anaları tərəfindən dəhşətli işgəncələrə məruz qalan azyaşlı bacı-qardaşdan xəbər var

Xəbər verdiyimiz kimi, Astaranın Ərçivan kəndində altıvə 10 yaşlı bacı-qardaşögey ananın işgəncəsinə məruz qalıb.

Belə ki, 2010-cu il təvəllüdlü Məmmədov Əlihəsən Cavid oğlu və 2014-cü il təvəllüdlü Məmmədova Ruqayə Cavid qızı atalarıMəmmədov Cavid və ögey analarıMirzəyeva Sevinc tərəfindən iki il ərzində şiddət görüblər.

News24.az xəbər verir ki, uşaqlara şiddət göstərilməsi faktını öz üzərinə götürən ata C.Məmmədov inzibati qaydada 15 sutka müddətinə həbs edilib.

Həmçinin, psixoloq rəyində uşaqların ögey anaları S.Mirzəyevanınpsixoloji durumunun normal olmadığı qeyd edilib.

Məhkəmə Məmmədov Əlihəsən və Məmmədova Ruqayə barədə qərar çıxarıb və məsələ iləbağlı komissiya toplanıb.

Məhkəmənin qərarına əsasən, azyaşlıların qəyyumluğuxala və dayılarına verilib.