Bakıda sərt karantin rejimi günlərindəNəsimi rayonunda manevr edən avtomobil artıq cərimə meydançasına aparılıb.
BunuOxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
O qeyd edib ki, ötən gün sürücünün məsuliyyətə cəlb edilməsi istiqamətində işlər aparılır.
Bildirək ki, ötən gün sosial şəbəkələrdəNəsimi rayonunda sürücününboş küçədə avtomobillətəhlükəli manevrlər etməsini əks etdirənvideoyayılıb.
Xatırladaq ki,Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.