"Facebook”un Lusine Yan adlıistifadəçisi öz səhifəsində Brüsseldə erməni təxribatçıları tərəfindən döyülən azərbaycanlıdan öz xalqı adından üzr istəyib.
Xatırladaq ki, bir qədər əvvəl sosial şəbəkədəazərbaycanlı Rizvan Aslanovun bir neçə erməni radikal tərəfindən döyüldüyü barədə məlumat yayılıb.
Həmvətənimiz ermənilərin təzyiqlərinə və döyülməyinə baxmayaraq, sınmayıb və "onların kişi kimi davranmadığını” bildirib.