Rusiyanın daha bir təyyarəsi qəzaya uğradı - 20-dən çox ölü - Yenilənib

Cuba hava limanının rəhbəri bildirib ki, An-12 təyyarəsinin göyərtəsində 20-dən 40-dək insan olub. Təyyarədə olanlardan 3 nəfərin sağ qaldığı bildirilir Bu barədə Eye Radio Juba məlumat verib. Yük təyyarəsi Cuba hava limanından havaya qalxdıqdan 800 m sonra qəzaya uğrayıb. *** 12:36 Rusiyanın yük təyyarəsi Cənubi Sedanda qəzaya uğrayıb. Təyyarə Cuba hava limanının yaxınlığında (Cənubi Sudan) qəza enişi edib. Yerli KİV-lərin məlumatına əsasən, təyyarənin göyərtəsində RF-dan olan 5 heyət üzvü və 7 nəfər sərnişin olub. Onlardan biri uşaq olmaqla 2 nəfərin sağ qaldığı bildirilir. aznews.az