Zamirə Hacıyevanın 1 milyonluq üzüyü müsadirə olundu

Britaniyanın aidiyyəti qurumları həbsdə olan "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədriCahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanınbir milyon funt sterlinqdən bahalı (təxminən 2,2 milyon manat - red.) briliyant üzüyünü müsadirə edib.

Sabahinfo.az Oxu.az-a istinadənxəbər verir ki, bu haqdaTelegraphməlumat yayıb.

Məlumata əsasən, Cahangir Hacıyev 8,9 karatlıq briliyant üzüyü səkkiz il əvvəl "Harrods” mağazasından alıb.

Britaniyanın Milli Cinayətlərlə Mübarizə Agentliyi bankirin həmin qiymətli zinət əşyasının hansı vəsait hesabına əldə etdiyini araşdırmaq niyyətindədir.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.