Əllərim gecə gözətçisi
Gözümdəki buludları boşaltmadın, Bir bulud da sən verdin, Bir "unut” da sən verdin, Unudaram... İndi Gözlərimin xəritəsində Sən tərəf qaranlıq. Bir cüt gecəqondu göz yaşım Düşür əllərimə. Əllərim gecə gözətçisi, Gözlərim ürəyimin üzü. Və sən xəyal qırıqlığım, Ömür dağınıqlığım. Gözlərimdə yatıb qalan Həsrətini oyadaram. Unudaram, Nə deyirəm, Unudaram...