Xalqımızın ümummilli
lideri Heydər Əliyevin vəfatından 13 il keçir.
Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın
ümummilli lideri Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən
Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl
respublikalarından biri səviyyəsinə çıxarmışdı. Müasir mərhələdə
Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə
təməli qoyulmuş potensiala əsaslanır.
1993-cü ilin iyun ayında müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın
taleyini xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu,
böyük qurtuluş idi və Ulu Öndər özünün müdrikliyi, zəngin siyasi və dövlətçilik
təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc
müstəqil Azərbaycan dövlətini labüd fəlakətdən qurtardı, onun qorunması,
inkişafı və möhkəmləndirilməsini təmin etdi. Qədirbilən Azərbaycan xalqı dahi
oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.
sabahinfo.az-a verilən məlumata görə dekabrın 12-də Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının
13- ci ildönümü günü münasibəti ilə Bərdə rayon İcra Hakimiyyətinin başçısı
cənab Vidadi İsayev,başda olmaqla YAP rayon təşkilatının, hüquq-mühafizə
orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə və təşkilatlarının
işçiləri, ictimai təşkilatların və qeyri hökumət təşkilatlarının nümayəndələri,
rayon sakinləri, ağsaqqallar, rayonda müvəqqəti məskunlaşmış məcburi
köçkünlərin nümayəndələri, ümummilli lider Heydər Əliyevlə görüşmüş rayon
sakinləri-cəmi 3000 nəfər rayonun baş meydanında ucalan ümumilli lider Heydər
Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini anmış, hörmət
və etiramlarını bildirmişlər.
Rayon rəhbərliyi Heydər Əliyev Mərkəzində olmuş, ümummilli lider Heydər
Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar rayon İcra Hakimiyyəti
başçısı aparatının akt zalında tədbir keçirilmişdirş.
Tədbirdə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, rayon
İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev ümummilli lider Heydər Əliyevin
həyat və fəaliyyətinə dair məruzə etmişdir.
Rayon sakinlərindən ulu öndər Heydər Əliyevlə görüşmüş əmək adamları
İradə Məmmədova, Rahim Məmmədov çıxış edərək əziz xatirələrini tədbir
iştirakçıları ilə bölüşmüşlər.



