“Аzərbaycan
Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının
Gənclər Fondunun maliyyə dəstəyi ilə "Region
gənclərinin fəal iştirakçılığı və ictimai liderlik proqramı" adlı maarifləndirmə,
PR və sosial fəaliyyətli layihənin icrasına başlayıb.
3
ay müddətində Şamaxı, İsmayıllı, Qəbələ, Cəlilabad, Masallı rayonu və Şəki şəhərində
həyata keçiriləcək layihənin əsas məzmununu bölgə gənclərinin fəal
iştirakçılığının, liderlik bacarığının, könüllülük və sosial təşəbbüskarlıq
potensialının yüksəldilməsi, bu istiqamətdə onlara bilik, bacarıq və təcrübə
aşılamaq və onların cəmiyyət həyatında aktiv roluna dəstək verməkdir.
Layihənin
digər bir ideyasını isə əhatə olunacaq bu rayonlarda gənclər arasında fəal
iştirakçılıq və ictimai liderlik sahəsində problem, imkan və perspektivlərin
üzə çıxarılması və bu istiqamətdə aidiyyətli qurumlarla yerli gənclər
təşkilatları və gənclərin təşəbbüs qruplarının işgüzar və silsilə əməkdaşlıq və
tərəfdaşlığının qurulmasına dəstək verməkdir.
Layihə
çərçivəsində adı çəkilən 6 regionda mövzuya dair gənclər arasında sorğu
keçirilməsi, hesabat hazırlanması, yerli gənc aktivistlər üçün maarifləndirici
seminarların keçirilməsi, nəticələrin təhlili, qiymətləndirilməsi və PR və
sosial media fəaliyyətləri təşkil olunacaqdır.
Layihə
davamlılıq, gələcək nəticəyönümlü addımlar üçün region gənclərində fəal
iştirakçılıq və ictimai liderlik potensialının genişləndirilməsi üçün təklif,
tövsiyyə və dayanıqlı fəaliyyət modullarının hazırlanmasını da nəzərdə tutur.