Hicran Hüseynovadan qəbul

42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri olaraq, Sumqayıt şəhərində vətəndaşlarımızla növbəti qəbulumuzu keçirdik.

Görüş zamanı müraciət edən hər bir seçicimizi diqqətlə dinlədik, onları narahat edən məsələləri ətraflı müzakirə etdik. Müraciətlər əsasən aşağıdakı istiqamətləri əhatə edirdi:

-Məşğulluq və işlə təminat

-Əmək təqaüdləri və sosial təminat

-Ailə-məişət və digər sosial məsələlər

Vətəndaşlarımız tərəfindən qaldırılan bir sıra məsələlər elə yerindəcə öz müsbət həllini tapdı. Əlavə araşdırma və hüquqi prosedur tələb edən digər müraciətlərlə bağlı isə qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət qurumlarına rəsmi sorğular göndərildi və icrası nəzarətə götürüldü.

Vətəndaşlarımızın rifahının yüksəldilməsi və problemlərinin həlli fəaliyyətimizin əsas prioritetidir. Seçicilərimizlə mütəmadi görüşlərin keçirilməsi və qaldırılan məsələlərin operativ həlli istiqamətində addımların atılmasını bundan sonra da qətiyyətlə davam etdirəcəyik.

Hicran Hüseynova

Milli Məclisin deputatı