Milli Məclisin deputatı Müşfiq Məmmədli Quba rayonunun Rustov inzibati ərazi dairəsindən olan seçicilərlə növbəti vətəndaş qəbulu keçirib.
Sabahinfo.az xəbər verir ki, qəbul zamanı sakinləri narahat edən sosial və digər məsələlər dinlənilib, vətəndaşların müraciətləri qeydə alınaraq aidiyyəti istiqamətlər üzrə lazımi tapşırıqlar verilib.
Deputat bildirib ki, vətəndaşların problemlərinin operativ şəkildə araşdırılması və həlli istiqamətində mütəmadi görüşlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, sakinlərlə birbaşa təmasların qurulması, onların təklif və müraciətlərinin dinlənilməsi vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir.
Vurğulanıb ki, seçicilərlə keçirilən bu cür görüşlər bundan sonra da davam etdiriləcək.