Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 may 2026-ci il tarixindən “Azərbaycan endemləri barədə məlumatlılığın artırılması” layihəsini icra edir. Layihənin əsas məqsədi – iqlim dəyişikliyi ilə kəskinləşən səth sularının çirklənməsi kimi qlobal ekoloji problemin həllinə kömək etməkdir. Bu səbəbdən də layihə işində Azərbaycan ərazisində yerləşən bir sıra göllərin hidroloji vəziyyəti, göl səth sularının və sahilyanı ərazilərin plastik tullantılarla çirklənməsi, zibillənməsi problemini araşdırmaq və ictimaiyyətin məlumatlığını artırmaqla ətraf mühitlə bağlı maarifləndirməkdir.
Eko Aləm ictimai birliyi icra planına uyğun olaraq Ağcabədi rayonunda yerləşən Mehman göl və Sabirabad rayonu ərazisində yerləşən Sarısu gölləri ilə bağlı araşdırmalarını həyata keçirtmişdir.
Mehman göl
Eko Aləm ictimai birliyinin üzvləri Mehman göllə bağlı araşdırmaları həyata keçirmək üçün layihəniin icra planında nəzərdə tutulduğu kimi 8 iyun 2026-cı il tarixində Ağcabədi rayonuna səfər etmişdir.
Rayona gəldikdən sonra öncə Ağcabədi rayon İcra Hakimiyyətinə getdik. İcra Hakimiyyətində biz Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun Məsləhətçisi Hüseyn Cəfərovla görüşdük. Hüseyn Cəfərov bizə Mehman gölə necə gedə biləcəyimiz barada məlumat verdi. Mehman göl Azərbaycanın Kür-Araz ovalığında, Ağcabədi və Beyləqan rayonları (Mil düzünün şimal hissəsi) ərazisində yerləşir. Göl Ağcabədi, Beyləqan və İmişli rayonlarının kəsişməsində, Ağgöl Milli Parkının şərq tərəfindədir. Mehman göl dəniz səviyyəsindən 7 metr yuxarıda yerləşir. Ümumi sahəsi 1200 ha-dır. Gölün uzunluğu 8 km, eni 4 km, maksimal dərinliyi isə 1,5 m təşkil edir. Göl Kür çayından damba vastəsi ilə ayrılır. Göl ətrafının iqlimi quru subtropik, yarımsəhradır. Yayı quru, olduqca isti, qışı isə mülayim keçir. Yayda ətraf ərazilərdə temperatur 22-35 °С, yanvarda isə +2,5 °С təşkil edir. Mehman göl qış ayları donmur. Yağıntılar əsasən yaz və payız aylarında düşür. Suyunun duzluğu 5,5 q/l təşkil edir. Temperaturu isə yada 22-29°С, qışda isə 4-7,5 °С olur. Dünyada gedən iqlim dəyişikliyi ilə bağlı son zamanlar gölün sahəsi kiçilməsi ilə bağlı məlumatlara da rast gəlinir.
İlk dəfə idi ki, Ağcabədi rayonuna səfər edirdik. Hüseyn müəllim bizə gölə gedən yolu izah edərək bildirdi ki, Ağcabədi şəhərindən çıxaraq cənub-şərqə – Beyləqan rayonuna doğru hərəkət edin. Taxtakörpü yazılan ərazidəki yol ilə düz gedin və birbaşa Mehman gölünün sahilinə çatacaqsınız.

Məlumatlarda deyilir ki, Mehman gölü subasar mənşəlidir. Göl ətrafı Mil düzünün çöl və subasar ərazilərindən ibarətdir. Yaz aylarında (aprel-may) su ilə dolu olur, yay və payız aylarında isə suyu kəskin azalır və ya tamamilə quruyur. Məlumatlarda həmçinin qeyd edilir ki, əgər son 2-3 gündə yağış yağıbsa, çöl yolları keçilməz bataqlığa, palçığa çevrilir. Əraziyə mütləq yüksək keçidli avtomobillə getmək də tövsiyə olunurdu. Alçaq minik maşınları torpaq yollarda çətinlik çəkə bilər.
Bizim monitorinq qrupunun avtomobilləri bu tələbə uyğun deyildi. Bütün bu məlumatlar barədə məlumatlı olsaq da bölgədəki vəziyyətdən xəbərimiz yox idi. Layihənin iş planına uyğun olaraq səfərə getməli idik və qrafik pozulmasın deyə səfərə getdik. Yuxarıda təsvir edilən yollarla hərəkət edərək, bir tərəfə 50 km kimi məsafə qət etdik. Yoldan çox nadir hallarda keçən olurdu. Bir nəfərdən əraziyə nə qədər qalıb soruşanda o bizə geri qayıtmamızı məsləhət gördü və bildirdiki, 4 gündür yağışlar yağıb və Kür çayının ərazidən keçən hissəsi daşıb, hər tərəfi su basıb getməyə yol yoxdur. O, həm də bildirdi ki, Alxaslı obası tərəfdən gedin bəlkə oradan keçə bildiniz.

Alxaslı obası, Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən və vaxtilə Laçın rayonunun Alxaslı kəndindən olan məcburi köçkünlərin məskunlaşdığı kiçik oba tipli yaşayış məntəqəsidir. Mehman gölünə getmək üçün bu obadan keçdik. Ağcabədi şəhər mərkəzindən Taxta Körpü ərazisindəki Alxaslı obasına olan məsafə təxminən 45–55 km-dir. Alxaslı obası Mehman gölünün və Ağgöl Milli Parkının yaxınlığındakı Mil düzü çöllərində yerləşir. Obaya çatdıqdan sonra gölün sahilinə doğru yalnız torpaq və çöl cığırları gedir. Bir neçə gün ərzində yağan yağışlardan çığırlar da görünmürdü. Bu hissədən sonra yol tamamilə torpaq və qum-çınqıl qarışıq olduğundan, alçaq minik maşınları ilə hərəkət etmək təhlükəli idi. Mil düzünün bu hissəsində çöl yolları bir-birinə çox bənzəyir və çaşdırıcıdır. Alxaslı obasına çatdıqda yerli sakinlərdən və ya çobanlardan Mehman gölünün ən son su vəziyyətini (quruyub-qurumamasını) soruşmaq və gölə aparan ən rahat çöl cığırını öyrənmək istəsəkdə yerli çabanlar ətraf bataqlıq olduğunu və yaxına getməməyimizi məsləhət gördülər. Onlar bildirdilər ki, bu hissədən sonra yol tamamilə torpaq və qum, gil-çınqıl qarışıq olduğundan, alçaq minik maşınları ilə hərəkət etmək təhlükəlidir. Ağcabədi İH-nin Məsləhətçisi Hüseyn Cəfərovla telefon əlaqəsi saxlayaraq vəziyyəti ona bildirdikdə o, ərazinin təhlükəli olması səbəbimdən bizim dərhal geri dönməyimizi davam etməməyimizi söylədi. Biz yerli əhalidən məlumat alaraq geri dönməyə qərar verdik.
Aldığımız məlumatlara görə hazırda gölün hidroloji vəziyyəti yazın bol yağıntılı keçməsi və Kür çayının dolu olması nəticəsində gölün hidroloji vəziyyəti normal hesab olunur. Ətraf mühitin məişət tullantıları və plastik tullantılarla çirklənməsi hallarına demək olar ki, yol boyu rastlanmadıq. Nadir hallarda qamışlıq, bataqlıq ərazilərdə nə isə görmək olurdı. Mehman gölü və onun ətrafı (Mil düzü çölləri) heyvandarlıq bölgəsi olduğundan, sahillərin və suyun mal-qara tullantıları ilə çirklənməsi bir reallıqdır, çünki bura qışlaq yeridir. Bu çirklənmə ciddi ekoloji problemdir. Alxaslı obası daxil olmaqla ətraf qışlaqlarda saxlanılan minlərlə xırdabuynuzlu və iribuynuzlu heyvanların göl sahilinə gətirilməsi faktdırki, bu da təbii balansı pozur. Peyin tullantıları ilə suya həddindən artıq azot və fosfor daxil olur. Bu, zərərli yosunların sürətlə çoxalmasına (suyun yaşıl rəng almasına) və sudakı oksigenin tükənməsinə səbəb olur. Oksigen çatışmazlığı göldəki balıqların və digər su canlılarının kütləvi məhvinə yol açır. Heyvan tullantıları ilə suya təhlükəli bağırsaq çöpləri (E. coli), parazitlər və patogen bakteriyalar qarışır. Bu, həm digər vəhşi heyvanlar, həm də köçəri quşlar arasında yoluxucu xəstəlik riskini artırır. Sahillərdə toplanan tullantılar çürüyərək ətrafa kəskin qoxu yayır, suyun şəffaflığını azaldır və gölün dibində lil qatının sürətlə artmasına səbəb olur.

Mehman gölünün heyvandarlıq tullantıları ilə çirklənməsi Mil düzünün ekoloji tarazlığına, biomüxtəlifliyinə və su resurslarına ciddi mənfi təsir göstərən kompleks ekoloji problemdir. Alxaslı obası və digər qışlaqların gölə yaxınlığı bu təzyiqi daha da artırır. Bu səbəbdəndə gölün ekoloji durumunu yaxşılaşdırmaq və yerli obalardakı əhali ilə maarifləndirmə işi aparılmalıdır.
Sarısu gölü

Eko Aləm ictimai birliyi icra planına uyğun olaraq növbəti tədbirini 12 iyun 2026-cı il tarixində Sabirabad rayonu ərazisində yerləşən Sarısu gölündə həyata keçirtmişdir.
Sarısu gölü Azərbaycanın ən böyük gölüdür və Kür-Araz ovalığında, Sabirabad və İmişli rayonlarının ərazisində yerləşir. Azərbaycanda göllərin sahəsinə görə sıralamasında Xəzər dənizindən sonra ikincidir.
Kür çayının sağ sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru uzanır. Sarısu gölünün sahəsi 65.7 km² təşkil edir. Maksimal uzunluğu 22 km, maksimal eni isə 3 km qədərdir. Orta dərinliyi 1 metr, ən dərin yeri isə 6 metrdir. Suyunu əsasən Şərbətqobu vasitəsilə Ağ göldən, yeraltı və yağıntı sularından alır və Kür çayına axını vardır.
Sarısu gölünün sahilboyu ərazisini qamışlıq və bataqlıq təşkil edir. Suyun həcmi təqribən 60 min m³, orta dərinliyi 1 m, maksimal dərinliyi 6 m, orta eni 3 km təşkil edir. Göl akvatoriyasının açıq hissələrində dərinliklər 1-3 m, sahilə yaxın hissələrində 0,1-0,9 m arasında dəyişir. Göldə suyun həcminin artması əsasən yaz və payız aylarında müşahidə olunur. Ötən illə müqayisədə suyun səviyyəsi təqribən 40% azalmışdır. Sarısu gölü çay-dərə eroziya “alüvial set” mənşəlidir. Alüvyal set gölləri, çayların gətirdiyi qrunt və ya qum kimi materialların (alüvyonların) müəyyən səbəblərdən axar suların və ya körfəzlərin qarşısını kəsərək təbii bənd yaratması nəticəsində əmələ gələn göllərdir. Çayların daşması və ya yatağını dəyişməsi nəticəsində kənarlara yığılan çöküntülər (alüvyonlar) yan qolların və ya əsas axarların qarşısını kəsərək qapalı hövzələr yaradır ki, Sarısu da belə göllərdəndir. Sarısu gölü bir-biri ilə əlaqəli dörd göldən biridir.
Məlumatlarda Sarısu şirinsulu göl kimi hesab olunsa da yerli əhalinin dediyinə görə şorsuludur. Yaz və payız aylarında yağışlar və daşqınlar səbəbindən göldə suyun həcmi kəskin artır. Bataqlıq və qamışlıq sahil zolağına malik olduğu üçün bura köçəri quşların əsas qışlama yerlərindəndir. Qış fəslində bura 300-350 min köçəri quş toplanır. Sarısu gölünün faunası əsasən balıqlardan (çəki, sazan, karp, vobla), heyvanlardan (çöl donuzu, bataqlıq donuzu) ibarətdir. Gölün suyundan qismən ətraf ərazilərdəki əkin sahələrinin suvarılmasında istifadə olunur. Dayaz coğrafi quruluşa malik olan bu göl həm iqlim amillərindən, həm də Kür çayının hidroloji rejimindən birbaşa asılıdır. Qlobal iqlim dəyişikliyi və Kür çayında suyun səviyyəsinin azalması Azərbaycanın ən böyük gölü olan Sarısu gölünündə sahəsinin daralmasına, su həcminin kəskin şəkildə (təxminən 40%) azalmasına və ciddi ekoloji böhrannın yaranmasına da səbəb olur.
İqlim dəyişikliyi səbəbindən son illərdə yay mövsümü daha uzun və isti keçirdi. Sarısu çox dayaz (orta dərinliyi cəmi 1 metr) göl olduğu üçün intensiv istilər suyun sürətlə buxarlanmasına yol açırdı. Gölün əsas su mənbələrindən olan yağıntılar və yeraltı suların səviyyəsi iqlim quraqlığı səbəbindən xeyli aşağı düşmüşdür. Keçmiş illərdə yaz və payız aylarında Kür çayının daşqın suları gölə daxil olaraq onun həcmini 3-5 dəfə artırırdı. Son 10-15 ildə Kürdə suyun azalması bu təbii qidalanma və yenilənmə prosesini tamamilə dayandırmışdır. Elə bu səbəbdən də bu layihənin icrasına ehtiyac yaranmışdı.
2026-cı ilin yaz aylarında intensiv və fasiləsiz yağan yağıntılar ötən illərlə müqayisədə Sarısu gölünün və bütövlükdə Kür çayı hövzəsinin hidroloji vəziyyətinə çox müsbət və bərpaedici təsir göstərmişdir. Uzun illər davam edən quraqlıqdan sonra, 2026-cı ilin yağıntılı keçməsinin gölün qidalanmasını da bərpa etmişdir.
Layihənin icrası ilə bağlı Sabirabad rayonuna səfər etdik. Qeyd etmək istəyirəm ki, uzun illərdir ki, rayonlarımızda müxtəlif ekoloji problemlərlə bağlı fəaliyyət göstəririk. Sabirabad royonu İH-dən gördüyümüz diqqət və qayğını heç bir rayonda görməmişdik. Başçının birinci müavini Həsənov Həsən müəllim şəxsən bizimlə maraqlanmış və bizə yardım etmək üçün Başçının müavini Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəlilova Ceyran xanımı və Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Afət İsgəndərov da bizə yardım etmək üçün görəvləndirmişdi. Şəxsən öz adımdan və eləcədə Eko Aləm ib – in üzvləri adından Sabirabad rayon İH-nə xüsusəndə Həsən müəllimə, Ceyran xanıma və Afət müəllimə dərin təşəkkürümü bildirirəm.

Bizi rayonda Sarısu gölünə aparmaq üçün Sabirabad RİHB-nın Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Afət İsgəndərov qarşılayaraq əraziyə apardı. Sarısu gölü Sabirabad şəhərindən 18 kim uzaqlıqda yerləşir.
Araşdırmalarımız və müşahidələrimiz zamanı məlum oldu ki, 2026-cı ilin bol yağıntılı keçməsi səbəbindən Kür çayının səviyyəsi qalxmış və Sarısu gölünün təbii qidalanması bərpa olmuşdur. İntensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi minimum həddən 2.5 metrədək yüksəlmişdir ki, bu da ondan qidalanan göllərin su balansına müsbət təsir etmişdir. Sarlsu gölün də qidalanması bərpa olmuşdur. Kür çayında suyun səviyyəsinin kəskin artması, onunla qonşu olan Sarısu gölünün həm yeraltı sızmalar (filtrasiya), həm də kollektor-drenaj şəbəkəsi vasitəsilə təbii qidalanmasını yenidən aktivləşdirmişdir. Bu isə ötən illərdə qeydə alınan 40%-lik su itkisinin əhəmiyyətli hissəsinin kompensasiya olunmasına şərait yaratmışdır. Güclü yağıntılar gölün buxarlanma balansını müsbət yönə dəyişmiş, dayazlaşan sahil zonalarını yenidən su ilə doldurmuş və ötən illərdə mövcud olan gölün hissələrə parçalanma riskini aradan qaldırmışdır. Göldə su balansının yüksəlməsi şirinləşmə prosesinin getməsinə də şərait yaratmışdır. Bol yağıntı və təzə su axımı göldə son illərdə yüksələn minerallaşma və duzluluq dərəcəsini aşağı salmışdır. Bu da öz növbəsində suyun bioloji keyfiyyətini yaxşılaşdıraraq balıq növlərinin (ixtiofaunanın) artımı üçün optimal mühit yaradır. Ümumilikdə, 2026-cı ilin hidroloji mənzərəsi Sarısu gölünü uzunmüddətli ekoloji quruma böhranından müvəqqəti də olsa xilas etmiş və ekosistemin yenilənməsinə güclü təkan vermişdir. 2026-cı ilin yağıntılı keçməsi və Sarısu gölündə suyun səviyyəsinin bərpası ərazidəki köçəri quşların populyasiyasına kəskin müsbət və canlandırıcı təsir göstərmişdir. Son illərin quraqlığından sonra yaranan bu bol sululuq gölü quşlar üçün yenidən regional miqyaslı ideal bir ekoloji sığınacağa çevirib.

Sarısu gölünün məişət tullantıları və plastiklərlə çirklənməsi, xüsusilə suyun səviyyəsinin dəyişdiyi və insan fəaliyyətinin aktiv olduğu dövrlərdə gölün unikal ekosistemi üçün ən ciddi lokal ekoloji təhlükələrdən biri olmuşdir. Sabirabad və İmişli rayonlarının gölə yaxın kəndlərində mərkəzləşdirilmiş tullantı idarəetmə sisteminin olmaması səbəbindən məişət zibilləri birbaşa sahil zonalarına və ya gölü bəsləyən kanallara atılır. Ətraf ərazilərdən gələn drenaj suları təkcə kimyəvi deyil, həm də özü ilə bərabər böyük miqdarda üzən məişət tullantılarını (plastik şüşələr, sellofanlar) gölə daşıması barədə məlumatlarda var. Ümumiyyətlə Göl kənarında nəzarətsiz balıq ovlayanların və istirahət edənlərin geridə qoyduğu plastik, şüşə və qida qalıqları sahil xəttlərini sürətlə zibilləyir. Suya atılan bu plastik tullantılar, günəş şüaları və suyun hərəkəti ilə parçalanaraq mikroplastiklərə çevrilir. Bunları qida zənn edən balıqlar udur, bu isə həm balıqların tələfatına səbəb olur, həm də balıq yeyən insanlar üçün zəhərlənmə riski yaradır. Sahildəki qamışlıqlara ilişib qalan plastik torlar və iplər köçəri quşların ayaqlarına və qanadlarına dolaşaraq onların hərəkətinə mane olur və kütləvi ölümünə yol açır. Suyun üzərini örtən məişət zibilləri bəzi dayaz körfəzlərdə suyun atmosferlə təmasını kəsir. Bu isə suda oksigenin azalmasına (hipoksiya) və su bitkilərinin çürüməsinə səbəb olur.
Bütün bunlara baxmayaraq, vizual monitorinq apardığımız sahilyanı ərazilərdə gölün səth sularında heç bir çirklənmə və zibillənmə müşahidə etmədik. Təbii ki, gölə gələn yolun ətrafındakı zibillikləri nəzərə almasaq. Ölkəmizdə zibillərin idarə olunması Bakı şəhərindən başqa yox dərəcəsindədir. Görsəndiyi kimi bu bir qlobal problemdir.
Sarısu gölünün sahilyanı ərazilərdə zibillənmə yox idi. Aldığımız məlumatlara görə yerli könüllülər tərəfindən mütəmadi olaraq Sarısu sahillərində “Təmiz sahili” aksiyaları keçirilir və tonlarla plastik tullantı ərazidən kənarlaşdırılır. Qanunsuz ov edənlər və ərazini zibilləyənlər üçün İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ciddi pul cərimələri də tətbiq edilir.
Gölün çirklənmədən tam xilası üçün ətraf kəndlərdə zibil konteynerləri yerləşdirilməli, paliqonlar yaradılmalı və tullantıların çeşidlənməsi sistemi qurulmalıdır.
Tullantıların qarşısını almaq üçün yerli icmalarla, insanlarla ciddi maarifləndirmə işləri aparılmalıdır.