Qreypfrut ən faydalı sitrus meyvələrindən biri olsa da, portağal və naringi qədər sevilmir. Bir az acı dadması bizi bu meyvədən soyudur, lakin bu acılığın səbəbi meyvənin tərkibindəki çoxsaylı vitaminlərdir.
Qreypfrut haqqında təqdim etdiyimiz məlumatları oxuduqdan sonra bu meyvəni süfrənizdən əskik etməyəcəksiniz.
Mütəxəssislər yağlı yeməklərdən sonra qreypfrut şirəsi içməyin faydalı olduğunu bildirir.
Bu meyvə həzmi asanlaşdırır. Orqanizmdəki zərərli maddələrin atılmasına kömək edir. Sidikqovucudur. Qəbizliyə qarşı təsirlidir. Fiziki və zehni yorğunluğu aradan qaldırır.
Qreypfrut stressi azaldır. Qan dövranını sürətləndirir, həmçinin, təzyiqi stabilləşdirir.
Qreypfrut qaraciyər üçün ən faydalı meyvələrdən biri sayılır. O, qanı təmizləyərək qaraciyərin işini asanlaşdırır. Bu meyvə mədə üçün də faydalıdır. Araşdırmalar göstərib ki, həftədə iki dəfə qreypfrut şirəsi içənlərin mədə və bağırsaq xərçənginə yaxalanmaq riski azalır.
Qreypfrut diş ətləri üçün də faydalıdır. O, iltihabların qarşısını alır, diş ətlərinin qanamasını dayandırır. Mikrobları öldürür və dişlərin çürüməsinə mane olur.
Antioksidant effektli qreypfrut sayəsində dərinizin daha gözəl görünməsinə nail ola bilərsiniz. Çünki bu meyvənin tərkibindəki vitamin və minerallar dəridə kollagenin miqdarını artırır. Bu da dərinin erkən yaşda sallanmasına mane olur. Qreypfrutun