Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə
dəstəyi ilə “Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi
tərəfindən icra olunan "Milli ailə
institutunun qorunması" adlı layihə çərçivəsində növbəti maarifləndirici
tədbir Kürdəmir rayonunda təşkil olundu.
Kürdəmir
Peşə Liseyində 30 nəfər yerli təmsilçinin iştirakı ilə başlayan seminarı
layihənin rəhbəri, SQPR İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağirova
açıq elan etdi və o, 5 regionda həyata keçirilən layihənin ideyası və məzmunu
haqqında ətraflı məlumat verdi.
Layihə
rəhbəri regionlarda milli
ailə dəyərləri, valideynlik, nəsillərarası ünsiyyət bacarıqları, milli ailə prinsiplərini
gücləndirmək, gənclərdə milli ailə institutuna hörmət və məsuliyyət anlayışını
inkişaf etdirmək haqqında danışaraq bu işdə ailə və dövlət qurumları ilə yanaşı
cəmiyyətin müxtəlif struktur və qurumlarının da geniş maarifləndirici
fəaliyyətlər göstərməsinin zəruriliyi vurğuladı.
Sonra
Kürdəmir rayon icra hakimiyyətinin sektor müdiri Daşqın Rüstəmov və rayonun
digər aidiyyətli dövlət qurumları əməkdaşları
çıxış edərək, layihənin, seminarların və onun regionlarda gənclərin
maariflənməsinə müsbət təsirini qeyd etdilər.
Layihənin
eksperti Asif Əsgərli geniş PPT təqdimatı ilə iştirakçılara “milli ailə dəyərləri”, “ailə institutuna
təsir edən amillər”, “sağlam ailə münasibətləri”, “valideyn məsuliyyəti”, “ailə
münaqişələri və onların həlli yolları” və “ailə institutunun gücləndirilməsində
dövlətin və cəmiyyətin rolu” mövzularında geniş və əhatəli bilgi və
məlumatlar verdi və onların suallarını cavablandırdı.
Layihə davamlılıq, gələcək nəticəyönümlü addımlar üçün milli-mənəvi dəyərlərin deqradasiyasına qarşı mübarizəyə, onlara reaksiya verməkdən, onların yayılma arealını azaltmaq üçün təsir mexanizmlərinə dair təklif, tövsiyyə və dayanıqlı fəaliyyət üsullarının hazırlanmasını da nəzərdə tutur.