Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov seçicilərlə növbəti görüşünü keçirmişdir.
Görüşdə vətəndaşlar əsasən sağlamlıq, sosial məsələlər və digər hüquqi problemlərlə bağlı dəstək istəmişlər. Məsələlərin bir qismi yerindəcə həll olunmuş, digər məsələlər isə aidiyyəti orqanlara yönləndirilərək diqqətə alınmışdır. Görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov da iştirak etmişdir.
Belə görüşlər millət vəkillərinə seçicilərlə birbaşa ünsiyyət qurmaq, problemləri yerindəcə həll etmək və mövcud çətinlikləri müvafiq qurumlar qarşısında qaldırmaq imkanları yaradır. Eyni zamanda, bu fəaliyyət Cənab Prezident tərəfindən müəyyən edilmiş yol xəritəsinə uyğun olaraq, vətəndaş mərkəzli siyasətin təşviqinə xidmət edir.