“Miss Mister Kids Of Azerbaijan” Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

“Miss Mister Kids Of Azerbaijan” Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək.

“Rich Events Group”un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib.

C. Zamanlının sözlərinə görə, seçim turunda ümumilikdə 132 uşaq iştirak edib. Seçim mərhələsinin nəticələrinə əsasən, 3-14 yaş aralığında olan 30 iştirakçı final mərhələsinə vəsiqə qazanıb.

Layihə rəhbəri bildirib ki, “Fayda” İş Adamları Platformasının baş sponsorluğu ilə final gecəsi noyabrın 30-da saat 18:00-da “Elektra Events Hall”da təşkil olunacaq.

Cavid Zamanlı qeyd edib ki, müsabiqənin qalibləri üç fərqli səsvermə mexanizmi əsasında müəyyənləşdiriləcək:

1. Bilet alan tamaşaçıların səsverməsi;

2. Peşəkar münsiflər heyətinin səsverməsi;

3. Layihənin idarə heyətinin səsverməsi.

Final gecəsində iştirak etmək istəyənlər biletləri Tixy.az platformasından əldə edə bilərlər. Biletlər

 https://tixy.az/events/moda-gozellik-musabiqesi-2026 vasitəsilə satışdadır.

Qeyd edək ki, bilet əldə edilərkən “Hansı iştirakçıya səs verirsiniz?” bölməsində seçim etməklə tamaşaçılar dəstəklədikləri finalçıya səs vermiş olacaqlar.

Layihənin final gecəsində tanınmış və peşəkar simalardan ibarət münsiflər heyəti iştirak edəcək. Onların sırasında Azərbaycanın tanınmış modelyeri Fəxriyyə Xələfova da yer alacaq. Digər tanınmış münsiflərin də qatılacağı gecədə qaliblər müəyyənləşdiriləcək.

Müsabiqənin qaliblərinə təşkilatçılar və layihənin sponsorları tərəfindən xüsusi hədiyyələr təqdim olunacaq.

Gecənin musiqili qonağı tanınmış müğənni Elvin Babazadə olacaq. Bununla yanaşı, digər sənətçilərin də çıxışları ilə final mərasiminin maraqlı və yaddaqalan şou proqramı ilə müşayiət olunacağı gözlənilir.

Əlaqə: +994 77 741 85 85

Instagram: @missmisterkidsofazerbaijan