“Azərbaycan Gözəli – 2026” Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək.
Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib.
C. Zamanlının sözlərinə görə, seçim turunda ümumilikdə 97 xanım iştirak edib. Seçim mərhələsinin nəticələrinə əsasən, 17–30 yaş aralığında olan 20 iştirakçı final mərhələsinə vəsiqə qazanıb.
Layihə rəhbəri bildirib ki, “Fayda” İş Adamları Platformasının baş sponsorluğu ilə final gecəsi noyabrın 30-da saat 18:00-da “Elektra Events Hall”da təşkil olunacaq.
Cavid Zamanlı qeyd edib ki, müsabiqənin qalibləri üç fərqli səsvermə mexanizmi əsasında müəyyənləşdiriləcək:
1. Bilet alan tamaşaçıların səsverməsi;
2. Peşəkar münsiflər heyətinin səsverməsi;
3. Layihənin idarə heyətinin səsverməsi.
Final gecəsində iştirak etmək istəyənlər biletləri Tixy.az platformasından əldə edə bilərlər. Biletlər
https://tixy.az/events/moda-gozellik-musabiqesi-2026 vasitəsilə satışdadır.
Qeyd edək ki, bilet əldə edilərkən “Hansı iştirakçıya səs verirsiniz?” bölməsində seçim etməklə tamaşaçılar dəstəklədikləri finalçıya səs vermiş olacaqlar.
Layihənin final gecəsində tanınmış və peşəkar simalardan ibarət münsiflər heyəti iştirak edəcək. Onların sırasında Azərbaycanın tanınmış modelyeri Fəxriyyə Xələfova da yer alacaq. Digər tanınmış münsiflərin də qatılacağı gecədə qaliblər müəyyənləşdiriləcək.
Müsabiqənin qaliblərinə təşkilatçılar və layihənin sponsorları tərəfindən xüsusi hədiyyələr təqdim olunacaq. Eyni zamanda, qalib iştirakçılar beynəlxalq gözəllik müsabiqələrində Azərbaycanı təmsil etmək imkanı qazanacaqlar.
Gecənin musiqili qonağı tanınmış müğənni Elvin Babazadə olacaq. Bununla yanaşı, digər sənətçilərin də çıxışları ilə final mərasiminin maraqlı və yaddaqalan şou proqramı ilə müşayiət olunacağı gözlənilir.
Əlaqə: +994 77 741 85 85
Instagram: @azerbaycangozeli_official