Əliağa Vahidin 120 illik yubileyi qeyd olunacaq

Noyabrın 4-də Azərbaycanın görkəmli qəzəlxan şairi, əməkdar incəsənət xadimi Əliağa Vahidin 120 illik yubileyi qeyd olunacaq. Yubiley tədbiri M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Yubiley gecəsində Əliağa Vahidin qəzəlləri aktyorların ifasında səsləndiriləcək, xanəndələrin ifasında muğam və təsniflər oxunacaq.