Goranboy rayonunda “Novruz” bayramı - Fotolar

14 mart 2017-ci il tarixdə Goranboy rayonunda "Novruz” bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib. 
Tədbiri açan Goranboy rayon Icra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyev rayon əhalisini təbrik etmiş və tarixi cox qədim olan Novruzun hər bir azərbaycanlı üçün əziz bayram olduğunu, qışın bitməsini və baharın gəlişini bildirdiyini qeyd edib.
Sabahinfo.az xəbər verir ki, tədbirdə bayram xonçaları hazırlanmış, böyük Novruz tonqalının yandırılması ilə Novruz şənliyinin əsas hissəsi başlamışdır. Novruz şənliyi axşam saatlarına kimi davam edib. Milli musiqinin sədaları altında idmançıların çıxışları, keçəl və kosanın oyunları bayram tədbirinə daha da rəng qatmışdır. Milli geyimli oğlan və qızlardan ibarət rəqs qrupları ifa etdikləri xalq rəqsləri ilə diqqət çəkdiriblər.