Mingəçevir Turizm Kollecində elmi-nəzəri konfrans

Konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin rəsmiləri, Mədəniyyət və Turizm Nazirliyinin məsul nümayəndəsi, Regional Turizm İnformasiya Mərkəzlərinin rəhbərləri, çoxsayda işəgötürən şəxs və sahibkarlar, otel, mehmanxana menecerləri və digər mütəxəssislər iştirak edirdi.

Öncə konfrans iştirakçıları kollec tələbələrinin əl işlərindən ibarət " Azərbaycan turizminin perspektivləri”adlı sərgiyə baxış keçirdi. Ardınca Mingəçevir Turizm Kollecinin tədris-təlim bazası, tələbə və məzunları, həmçinin beynəlxalq əlaqələrindən bəhs edən sənədli film nümayiş olundu. Bundan sonra konfrans öz işinə başlayıb.

Sabahinfo.az xəbər verir ki, açılış nitq ilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru,iqtisad elmləri doktoru professor Əyyub Əyyubov konfransın məram və məqsədi barədə məlumat verdi. Qeyd etdi ki, ölkə prezidenti cənab ilham Əliyevin Azərbaycan turizminin inkişfını nəzərdə tutan sərəncamlarına və təsdiq olunmuş yol xəritəsinə müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyi perspektiv istiqamətlər üzrə fəal müzakirələr aparılmasını qərara alıb. Müvafiq qərar Nazirliyin fəaliyyət planına daxıl edilib.

Əyyub Əyyubov turizm sahəsi üzrə mütəxəssis hazırlığı prosesində ciddi naliiyyətlər əldə edildiyini xatırladaraq təhsil dönəmində, mövcud beynəlxalq əlaqələri sayəsində Avropanın ən qabaqcıl metodlarından yararlandıqlarını və nəticə etibarilə rəhbərlik etdiyi təhsil müəssisəsinin timsalında kollektivin ciddi uğurlar qazandıığını iştirakçıların diqqətinə çatdırdı. O, işəgötürənlərlə təhsil müəssisələri arasındakı əlaqərə də toxunaraq bu əlaqələrin yeni innovativ münasibətlər müstəvisinə çıxarılmasının vacib olduğunu vurğuladı. Bu mənada konfransın hər kəs üçün əhəmiyyətli ola biləcəyini qeyd etdi.

Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin Elm,təhsil və gənclərlə iş şöbəsinin məsul əməkdaşı Cavid Əliyevin və Mingəevir şəhər İcra Hakimiyyəti rəsmisi Sahib Əliyevin konfransa təbrik nitqləri səsləndi. Ardınca Mingəçevir Turizm Kollecinin "Turizm və Otelçilik” şöbəsinin müdiri Aynurə Abbasova, Mingəçevir Turizm İnformasiya Mərkəzinin direktoru Tural Kərimov, Ağsaray Deluxe Oteli MFB-nin meneceri Alpərən Tirt, Kür Olimpiya Tədris –İdman Mərkəzinin Təsərrüfat şöbəsinin müdiri Azər Hüseynov, Kür Olimpiya Tədris –İdman Mərkəzinin Qəbul xidmətləri şöbəsinin rəisi Babək İsakov, Mingəçevir Turizm Kollecinin "Turizm və Təsviri sənət” fənn birliyinin sədri Aydın RəhimovMingəçevir Turizm Kollecinin turizm müəllimləri İqbal Xudiyev, Vüqar Nağıyev, Nazan İdrisova müvafiq olaraq "Mingəçevir Turizm Kolleci ilə respublikamızda olan turizm müəssisələri arasında uğurlu əməkdaşlığın perspektivləri”, "Turizm və təhsil”, "Turizm və gənclik”, "Tərəfdaşlıq işinin qurulması”, "Beynəlxalq təcrübənin yerli kadrlara aşılanması”, "Turizmdə təsərrüfat işləri üzrə kadrların iş prinsipi” və "Turizmdə kadr hazırlığı”, "Turizm sənayesi işçilərinin əsas vəzifələrinə ixtisas tələbləri”, "İşəgötürənlərlə təhsil müəssisələri arasında qarşılıqlı əlaqə”, "Təhsil müəssisələri ilə qarşılıqlı əlaqədən işəgötürənlər nə qazanacaq?” mövzularında əhatəli məruzələrlə çıxış etdi.

Konfrans kollecin tələbə özfəaliyyət qrupu fəalları tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatdı.

Yusif Məhəmmədoğlu