Qadın busqalteri üçün kopça kəşf edən yazıçı

Məşhur yazıçılar haqqında bilmədiklərimiz Yazıçı Maya Anqlonun həm də şair, rəqqas, idmançı və müğənni olduğunu hamı bilirdi. Anqlonun 17 yaşında ikən fahişəlik etdiyini isə çox az adam bilir. O, uzun müddət fahişəxanada "çalışıb”. Qardaşının bu işindən xəbər tutduğunu bildikdən sonra əl çəkib.   Məşhur inglis yazıçısı Dikkensin qəribə istəkləri olub. O, yaza bilmədiyi vaxtlarda Londondakı Paris Morqunda meyidlər arasında istirahət edirmiş. Dikkens polislərlə Temza çayı sahillərində intihar edən insanların cəsədlərini axtarmağı da sevirdi. Yazıçı həmişə üzü Şimala doğru yatıb.   Amerikalı yazıçı Mark Tven kariyerası ərzində şaxtaçı, jurnalist və gəmi kapitanı kimi çalışıb. Onun çox kiçik kəşfləri ilə yanaşı bir də böyük kəşfi olub. Tvenin ən böyük kəşfi bu gün də qadınların istifadə etdikləri busqalter kopçasıdır.   Məşhur şotland yazıçısı Barri həm də peşəkar xokkeyçi olub. O, sonralar xokkey klubu da yaradıb. Barri oyunçuları peşəkarlığına görə yox, tamam başqa meyara görə seçirdi. Yalnız həyat yoldaşlarını sevən kişiləri klubuna götürən Barrinin komandasında məşhur yazıçı Artur Konan Doyl da olub.   Ölümündən sonra məşhurlaşan Filip K.Dik isə əsərlərini özü yazmadığını iddia edirdi. 1974-cü ildə ağıl dişini çəkdirmək üçün xəstəxanaya gedən yazıçı həkimin ona ağrıkəsici iynə vurmasından qabaq beyninin yadplanetlilər tərəfindən ələ keçirildiyini açıqlayıb.   Şekspir yazdıqlarından çox sələmdən pul qazanırdı.   Edqar Alan Po isə ölənə qədər borclarını ödəyə bilməyib. Ponun bütün borcu işkiyə görə yığılmışdı.    İtaətsizlik nəzəriyyəsinin banisi Anri Toreau nadir hallarda çimirdi. Saçlarını ümumiyyətlə daramırdı. Yamaqlı paltarlar geyinərdi. Toreau həm də üzümdən ilk çörəyi hazırlayan şəxsdir.   Tolstoyun 13 uşağı vardı. 48 illik evlilikdən sonra evi tərk edib gedəndə Tolstoy "Mənim yaşımda olan hər insanın etdiklərini təkrarlayıram. Son günlərimi təkbaşıma və sükut içində keçirmək üçün dünyadan imtina edirəm” – deyə yazırdı. O, evdən gedəndə 82 yaşı vardı. Bir neçə gündən sonra onun cəsədini qatar stansiyasında tapırlar. O, donmuşdu.   "Alesiya möcüzələr ölkəsində” kitabının müəllifi Levis Karoll həm də riyaziyyat dahisi idi. O, kitabxanalardan öz kitablarını rahat tapa bilməsi üçün əsərlərinin adını kitabın arxa üzünə çap etdirirdi. Ən sevdiyi minik vasitəsi isə özünün icad etdiyi velosiped idi.   İrland yazıçı Oskar Uayld və amerikalı Heminquey uşaq vaxtı həmişə analarının təkidilə qız paltarları geyiniblər.   Virciniya Vulf çox danışmağı sevirdi. O bir dəfə 48 saat dayandaman danışmışdı. Bütün əsərlərini isə rassam bacısının paltarından ilham alaraq yazıb.   Frans Kafka ət yeməyi cinayət hesab edirdi.   Aqata Kristi 1926-cə ildə 36 yaşında ikən yoxa çıxır. İnsanlar və polislər küçələrə tökülüşərək onu axtarmağa başlayırlar. 10 gündən sonra Aqatanı mehmanxanada saxta pasportla tapırlar. Ondan nə baş verdiyini soruşanda xatırlamadığını deyir. Həqiqətdə də bu hadisə hamıya sirr olaraq qalır.   Ernest Heminquey özü haqqında tənqid yazan şəxsi ilk gördüyü vaxt qaldırıb yerə çırpıb.     Sabahinfo